Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Corcone
Corcone (it. Giorgione; 1470-ci illər, Kastelfranko-Veneto[d], Venesiya Respublikası[…] – 1510[…], Venesiya, Venesiya Respublikası[…]) — İtaliya rəssamı. == Yaradıcılığı == Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır. Bu isə ona görədir ki, onun ən məşhur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və gözəl bir harmoniya yaradır. Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahəngdar vəhdəti onun "Yatan Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən gözəl nümunələrindən biridir.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Asparagus corruda
Asparagus acutifolius (lat. Asparagus acutifolius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Sinonimləri == Asparagus corruda Scop. Asparagus ambiguus De Not. Asparagus commutatus Ten.
Corvus corone
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.