Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cottage Medi-Clinic
Svakopmund (ing. Swakopmund; alman dilindən tərcümədə "Svakopun mənsəbi") – Namibiyanın qərbində sahil şəhəri. Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqdadır. Eronqo rayonunun paytaxtıdır. Namib səhrasında yerləşir və ölkənin əhalisinə görə 4-cü ən böyük yaşayış məntəqəsidir. Şəhər 10 üzvü olan bələdiyyə şurası tərəfindən idarə olunur. Şəhər aşağıdakı rayonlardan ibarətdir: Şəhər mərkəzi, Vineta, Meyle 4, Voqelştrand, Uoterfront, Mondesa, Tamariskia. == Görməli yerlər == Svakopmund çimərlik kurortu və alman koloniya memarlığına malikdir. 1892-ci ildə Alman Cənub-Qərbi Afrikasının əsas limanı kimi qurulmuşdur və hazırda da şəhər əhalisinin kiçik hissəsi almanca danışır. Şəhərin əsas görməli yeri 1909-cu ildə memar Henrik Bauz tərəfindən tikilmiş Qədim həbsxanadır.