Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Coursera
Coursera — əsası Stanford Universiteti professorları Andrew Ng və Daphne Koller tərəfindən qoyulan onlayn təhsil şirkətidir. Fəaliyyətə 2012-ci ilin aprel ayından başlayıb. Dərslər onlayn verilir. Fevral 2013-cü il məlumatına görə 2.7 milyondan çox istifadəçi qeydiyyatdan keçibdir. Coursera istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir. Coursera həmçinin universitetlərlə əməkdaşlıq edərək magistratura kursları təklif edir. Məsələn, HEC Paris platforması innovasiya və sahibkarlıq sahəsində Executive Master-ın tərəfdaşıdır. 100% onlayn, bu proqram 18 ay ərzində bu iki sahədə ixtisaslaşmış top menecerləri yetişdirməyi hədəfləyir. 2017-ci ilin mart ayında açılıb.
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Collision Course
Collison Course - Linkin Parkın Jay-Z ilə birlikdə hazırladığı remiks albomudur. Dünya üzrə 5 milyon satılmışdır. Bu albom sayəsində Linkin Park ilə Jay-Z Qremmi mükafatı almışdırlar. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park and Jay-Z tərəfindən yazılmış və bəstələnmişdir.
Squalus cuvier
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.