counter1
n I piştaxta (mağazada və s.); to sell under the ~ piştaxtanın altından satmaq; During the war some shopkeepers made a lot of money by selling scarce goods under the counter at high prices Müharibə zamanı bəzi mağaza sahibləri aztapılan malları piştaxta altından baha qiymətə satmaqla çoxlu pul qazandılar
n II 1. sayğac (insan və ya cihaz); 2. fişka (müxtəlif oyunlarda işlənən daş, marka və s.); 3. jeton (metal nişan, marka, medal)
n III əks-zərbə (boks yarışında)
counter2
v I qarşı çıxmaq, müqavimət göstərmək; zidd getmək / olmaq; etiraz etmək
v II zərbəni dəf edərək zərbə vurmaq (boks oyununda)
counter3
adv əks istiqamətdə, əksinə; to act ~ to smb.’s wishes bir kəsin arzularının əksinə hərəkət etmək