Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Convair
Convair — ABŞ-yə məxsus olan keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1943-cü ildə Consolidated Aircraft (Birləşdirilmiş Təyyarə) və Vultee Aircraft (Vultee Təyyarə) şirkətlərinin birləşməsi ilə qurulmuşdur və 1953-cü ildə General Dynamicsin bir hissəsinə çevrilmişdir. Baş ofisi San-Dieqoda idi. 1994-cü ildə şirkət bölmələrinin əksəriyyəti daha sonra sahibi olan General Dynamics tərəfindən, McDonnell Douglas və Lockheed Martinə satıldı, qalan hissələri isə 1996-cı ildə bağlandı.
Convair XFY
Convair XFY Pogo, ABŞ ordusu üçün yaradılmış təcrübə məqsədli şaquli enmə-qalxmalı havada hərəkət üçün nəzərdə tutulmuş olan texnika. Pogo, delta qanadlara və üç bıçaqlı əks istiqamətlərə fırlanan rotorlara güc verən 5.500 at gücündəki turbopərvanə motora sahibdi. Kiçik döyüş gəmilərindən enmə-qalxma edə biləcək şəkildə yüksək performanslı bir qırıcı olaraq konstruksiya edilmiş, ancaq quyruq üzərinə eniş etmənin pilotlar üçün çətin olması səbəbiylə istifadəsi çətin olacağı üçün layihə ləğv edilmişdir.
Convair X-6
Convair X-6 — sxem stolundan kənara çıxa bilməyən nüvə enerjisi ilə işləyən bir sınaq təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 1946-cı ilin mayında nüvə enerjisi ilə işləyən bir təyyarə hazırlamaq proqramına (Nuclear Energy for the Propulsion of Aircraft (Təyyarənin Sürətlənməsi üçün Nüvə Enerjisi) — NEPA) start verildi. Bu proqram altında işlər davam etdirilərkən, bu proqram 1951-ci ilin may ayında başqa bir proqram ilə (Aircraft Nuclear Propulsion (Nüvə enerjisi ilə təyyarə sürətlənməsi) (ANP)) əvəz edildi. ANP proqramı Convair tərəfindən dəyişdirilmiş MX-1589 layihəsi çərçivəsində iki B-36-nın işlənməsini əhatə etmişdir. Bu iki təyyarədən biri uçan reaktorun radiasiya qalxanlarında tədqiqat üçün istifadə ediləcək, digəri isə X-6 layihəsi olacaqdı. Nüvə Test Təyyarəsi (Nuclear Test Aircraft — NTA) adlanan ilk dəyişdirilmiş B-36, 1952-ci il sentyabrın 1-də Carswell Hərbi Hava Qüvvələri bazasını vuran tornadoda zədələnmiş B-36H-20-CF (Seriya nömrəsi 51–5712) modeli idi. Bu təyyarənin adı əvvəlcə XB-36H, sonra NB-36H olaraq dəyişdirildi və 1000 kilovattlıq hava soyuduculu nüvə reaktoru aparmaq üçün modifikasiya edilmişdir. Bu təyyarənin əsas məqsədi bir nüvə reaktorunun təyyarə sistemlərinə təsirini görmək idi. NB-36H 1955 ilə 1957 arasında 47 sınaq uçuşu etdi. NB-36H sınaqlarının nəticələrinə əsasən X-6 və bütün nüvə təyyarəsi proqramlarına xitam verildi.
Convair B-36 Peacemaker
Convair B-36, USAF üçün Convair tərəfindən istehsal edilən bir strateji bombardmançıdır. Bu təyyarə, qitələrarası missiyaları icra edə biləcək ilk əməliyyat bombardmançısıdır. Qeyri-rəsmi ləqəb olaraq təyyarəyə “Peacemaker” (Sülhməramlı) ləqəbi seçilmişdir. B-36 ilk termonüvə bombası daşıyıcısıdır. Kütləvi istehsala cəlb edilmiş olan ən böyük porşen mühərrikli təyyarədir. Bundan əlavə, B-36 daha böyük yük təyyarələrinin mövcud olmasına baxmayaraq indiyə qədər inşa edilmiş olan ən böyük döyüş təyyarəsidir. 10.000 km-dən çox əməliyyat mənzilinə və 32 tondan çox bomba daşıya bilmək qabiliyyəti ilə Boeing B-52 Stratofortress və Rockwell B-1 Lancer kimi müasir uzun məsafəli bombardmançıların əcdadıdır.
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Çovurar
Çovurar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çovrurah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.