Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Comardlı
Comərdli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Əslində "Comərdli" kəndin adının nisbətən son dövrlərdə farslaşdırılmış variantıdır. Kəndin ilkin yerli adı isə "Comartlı" və ya "Comartlu" kimi olmuşdur. == Tarixi == İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisian) rayonunda kənd. Toponim comardlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Comardlı etnoniminin ilk komponenti "com" Azərbaycan dilinin Muğan şivələrində "tayfa, əqrəba mənalarında işlənir" (240, s.325). Etnotoponimdir. Qurluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin dəyişdirilib Tanahat qoyulmuşdur.