Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Crushing
Crushing — Avstraliya müğənnisi Culiya Ceklinin ikinci studiya albomu. 22 fevral 2019-cu ildə buraxılıb.
Coakkino Rossini
Coakkino Rossini (it. Gioachino Antonio Rossini 29 fevral 1792[…], Pezaro, Papa dövləti – 13 noyabr 1868[…], Pasi[d], İkinci Fransa İmperiyası) — İtaliya bəstəkarı. == Həyatı == Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağa, violonçel və korno çalmağa başladı. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi. Coakkino Rossini uğuru komik operalarıyla qazanmışdı. Ən əhəmiyyətli əsərləri olaraq Guillaume Tell, Tancredi, və Semiramide qəbul edilir. "Otello" C. Verdinin əsas əsəri olmasına baxmayaraq, Rossinnin "Otello"su da dinləməyə dəyərdir. Gəncliyində bəstələdiyi simli alətlər sonatları onun Haydn və Mosart kimi klassik dövr bəstəkarlarının əsərlərini dərindən araşdırdığını göstərir.
Otello (Rossini)
Otello (it. Otello ossia Il moro di Venezia) — Coakkino Rossininin 3 pərdəli Şekspirin eyniadlə pyesi əsasında Françesko Berio di Salsonun yazdığı librettoya bəstələdiyi opera. Faciə janrda olan bu operanın ilk premyerası 4 dekabr, 1816-cı ildə Romada, "Del Fonda" səhnəsində oyananılmışdır. 1816-cı ilədək 24 yaşlı Rossini 3 opera: Sevilya bərbəri, Qəzet (La gazzetta) və Otellonu yazmış olur. Neapollu impresario Domeniko Barbaya Rossinini Neapola dəvət edərək ona sifariş verir. Bu dövrdə Rossini iki teatra: San Karlo və Del Fondoya rəhbərlik etməli olur. Domeniko Barbaya Rossinini burada bəstəkar markiz Berio di Salsa ilə tanış edir. Şekspir pərəstişkarı olan Berio onun Otello pyesinə libretto yazmağa qərar verir. Əsərin süjet xəttindən tam fərqlənən librettoya o, ikinci "Venesiyalı mavr" adını verir. Müasiri Rossini tərəddüd etmədən işə başlayır.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.