WAY

way1

n 1. yol; The way was rough Yol kələ-kötür idi; a ~ across the fields çöllərdən keçib-gedən yol; a covered ~ between two buildings iki bina arasında üstü örtülü yol; Which is the way in / out of the library? Kitabxanaya giriş / çıxış yolu hansıdır?; a ~ to the forest meşəyə gedən yol; on the ~ yolda; on the ~ home 1) evə gedərkən; 2) yolüstü; I met him on the way home Mən ona evə gedərkən rast gəldim; back ~ dolama / dolanbac yol; to go one’s ~ yola düşmək, getmək; to be on one’s ~ yolda olmaq; They are on the way Onlar yoldadır; to get out of smb.’s ~ yoldan çəkilmək; mane olmamaq; Get out of my way! Yolumdan çəkil! to make ~ for smb. /smth. bir kəsə / şeyə yol vermək, bir kəsə / bir şeyə öz yerini göstərmək; to take one’s ~ getmək, varıb getmək; to lead the ~ irəlidə getmək; nümunə göstərmək; başçı olmaq, aparmaq, başçılıq etmək; to see one’s ~ öz işini bilmək, necə hərəkət edəcəyini bilmək; Now I see my way İndi mən nə edəcəyimi bilirəm; to try one’s own ~ öz bildiyi kimi hərəkət etmək; to have / to get one’s own ~ özü dediyini etmək, özü bildiyi kimi etmək; Have it your own way Özün bildiyin kimi et / edin; to be in the ~ of doing smth. bir şeyi etmək ərəfəsində olmaq; out of the ~ uzaq, ucqar, əldən-ayaqdan uzaq; This village is very much out of the way Bu kənd yoldan çox uzaqdır; 2. istiqamət, tərəf, yol; Look this way Bu tərəfə bax; Look both ways before crossing the road Yolu keçməzdən əvvəl hər iki tərəfə bax / baxın; 3. məsafə; It’s only a little way to the station Vağzal lap yaxındadır; It is only a little way to the town Şəhərə yol lap yaxındır; ~ from ... to ...dan / ...dən -a / -ə, (-ya / -yə) kimi all the ~ from the Atlantic to the Pacific Atlantik okeanından Sakit okeana kimi; 4. irəliyə getmə, qabağa keçmə; irəli yeriş; to make one’s ~ to / towards irəli getmək, qabağa keçmək; Passengers are requested to make their way to the exit doors Sərnişinlərdən xahiş olunur ki, çıxış qapılarına yaxınlaşsınlar; to make the best of one’s ~ tez getmək, tələsmək; to have ~ on irəli getmək, irəli hərəkət etmək (gəmi, avtomobil və s. haq.); to be well under ~ çox irəli getmək; 5. üsul, metod; qayda, tövr, tərz; ~ of living yaşayış tərzi; I will find a way to do it Mən onu etmək üçün bir vasitə / bir üsul tapacam; to my ~ of thinking mənim fikrimcə; one ~ or another bu və ya digər yolla / üsulla; nə vasitə ilə olur-olsun; He will do it one way or another Necə olur-olsun / Hansı vasitə ilə olur olsun, o bunu edəcək; the other ~ başqa / özgə cür; ~s and means üsul və vasitələr; to speak in a careless ~ saymazyana danışmaq; in the same ~ eyni cür, eyni yolla; her ~ of doing her hair onun saçını düzəltmə tərzi; 6. adət, vərdiş; xasiyyət, xüsusiyyət, xarakter; It is not my way to desert people in misfortune Yaman gündə adamları atıb getmək / qaçmaq mənim adətim deyil; 7. forma, tərz; to live in a great ~ firavan yaşamaq; the American ~ of life Amerika həyat tərzi; He has a pleasant way of speaking Onun çox xoş / gözəl danışıq tərzi var; 8. d.d. sahə; məşğuliyyət; Hunting is not / does not come / does not fall in my way Ov etmək mənim məşğuliyyətim deyil; 9. vəziyyət, hal; in a bad ~ pis vəziyyətdə / halda; His health is in a bad way Onun səhhəti pis vəziyyətdədir; 10. d.d. həyəcan, təşviş; She is in a terrible way O çox həyəcanlıdır, O bərk təşviş içərisindədir; 11. cəhət, məna; bad in every ~ hər cəhətdən pis; in a ~ müəyyən mənada; in many ~s çox cəhətdən; A plan is good in every way Plan hər cəhətdən yaxşıdır;

◊ across / over the ~ yolun o biri tərəfində; My sister lives over the way Mənim bacım yolun o tayında yaşayır; all the the whole ~ 1) bütün yol boyu; She smoked non-stop all the way to London O, Londona gedərkən bütün yol boyu dayanmadan papiros çəkdi; 2) tamamilə; We’ll support you all the way Biz səni / sizi tamamilə / var qüvvəmizlə dəstəkləyəcəyik; to be born this ~ bu cür doğulmaq, xasiyyəti belə olmaq; I can’t change, I was born this way Mən dəyişə bilmərəm, mən belə doğulmuşam; by ~ of ... xatirinə, məqsədilə, əlaqədar, yana; zarafat xatirinə; What are you thinking of doing by way of a holiday this year? Bu il bayramla əlaqədar sən /siz nə etməyi düşünürsən /düşünürsünüz?; by the ~ yeri gəlmişkən; What did you say your name was, by the way? Yeri gəlmişkən, sənin / Sizin adın / adınız nə oldu? to be in the ~ mane olmaq, maneçilik törətmək; to get into the ~ of doing smth. öz bildiyini etmək; to get / to have one’s own ~ öz məqsədinə çatmaq; She always gets her own way in the end O həmişə axırda öz məqsədinə nail olur / çatır; to give ~ 1) güzəştə getmək; təslim olmaq, qabağında dura / dayana bilməmək; We must not give way to their demands Biz onların tələblərinə güzəşt etməməliyik; 2) yol vermək; Give way to traffic coming from the right Sağ tərəfdən gələn maşınlara / nəqliyyata yol ver / verin; 3) qapılmaq (məyusluğa və s.); She gave way to despair O, məyusluğa qapıldı; 4) xarab olmaq, korlanmaq, dağılmaq, çürümək; sınmaq; The floorboards were rotten and finally gave way Döşəmə taxtaları çürümüşdü və nəhayətdə sındı / dağıldı; to make ~ (for) yol / yer vermək; All traffic has to make way for a fire-engine Bütün nəqliyyat yanğınsöndürən maşına yol verməlidir; to make (one’s) to fight one’s ~ özünə yol açmaq; He has his way to make O özünə yol açmalıdır; one ~ or the other bu və ya digər yolla / her nə olursa olsun; out of the ~ qeyri-adi, fövqəladə; The picture is nothing out of the way Bu şəkildə qeyri-adi heç bir şey yoxdur; to go the ~ of all flesh / of all the earth ölmək, dünyasını dəyişmək; to go out of one’s ~ ..., to put oneself out of the ~ ... var qüvvə ilə çalışmaq (başqasına kömək etmək, əl uzatmaq məqsədilə); She went out of the way to please her future mother-in-law O, gələcək qayınanasına xoş gəlmək üçün var qüvvəsilə çalışırdı; to put smb. out of the ~ bir kəsi aradan götürmək / öldürmək; to come smb.’s ~ bir kəsə rast gəlmək (həyatda);

◊ The longest way round is the shortest way home at. söz. ≅ Ehtiyatlı igidin anası ağlamaz; to have a ~ with oneself məlahətli / cəzbedici olmaq; The girl has a winning way with her Qızın cəzbetmə qüvvəsi var, Qız cəzbedicidir; to have a ~ with smb. bir kəslə yola getmək / bir kəslə ümumi dil tapmaq; He has a way with his car O, maşınının dilini bilir; in a big / small ~ çox / az dərəcədə; He’s got himself into trouble in a big way O özünü bərk bəlaya salıb; ~ out vəziyyətdən çıxış yolu; ~s and means üsullar / yollar və vasitələr

way2

adv d.d. uzaqda, müəyyən məsafədə; ~ behind çox arxada, uzaqda; ~ back çoxdan; That happened way back in the 19th century Bu, çoxdan hələ 19-cu əsrdə baş verib; ~ ahead xeyli qabaqda / irəlilə; ~ over həddən artıq; to go ~ over one’s budget büdcədən artıq xərcləmək, israfçılıq etmək

WAXY
WAY-BILL
OBASTAN VİKİ
By the Way
By the Way Red Hot Chili Peppersnın ilk studiya albomudur. 9 iyul 2002 tarixində yayımlanan albom, Warner Music s etiketi ilə satışa buraxılmışdır.
On My Way
On My Way (azərb. Mənim yolumda‎) — Sloveniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Silk Way Airlines
Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir. == Silk Way Group == Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir. == Donanma == Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
Way Down We Go
"Way Down We Go" (azərb. "Biz aşağı enirik"‎) — İslandiyanın Kaleo rok qrupunun "A/B" adlanan ikinci studiya albomlarından olan ikinci sinql. Mahnının müəllifi və prodüseri qrupun iştirakçılarıdır. Mahnı "Xəyali gözəllik" filmində, "Loqan" filminin treylerində, "Narıncı— mövsümün hiti" teleserialının dördüncü mövsümünün treylerində, həmçinin "Fors-majorlar", "Super qız", "Lüsifer", "Qrey anatomiyası", "Gənc qurd", "Kor zona", "Vampirin gündəlikləri" teleseriallarında istifadə olunub."Way Down We Go" Billboard Alternative Songs və Rock Airplay hit-paradlarında birinci yeri tutmuşdur.
There Must Be Another Way
"There Must Be Another Way" (Azərbaycan dilində:Başqa Bir Yolu Olmalı) 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir.12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
The Way You Make Me Feel
The Way You Make Me Feel — Maykl Ceksonun "Bad" albomundakı mahnılardan biri.
2016 Silk Way Airlines Antonov An-12 qəzası
Silk Way Airlines Antonov An-12 qəzası — 18 may 2016-cı ildə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Silk Way Airlines-ə məxsus Antonov An-12 yük təyyarəsi Cənubi Əfqanıstandakı Duayer hava limanından Türkmənistandakı Meri Beynəlxalq hava limanı getmək üçün havaya qalxarkən qəza edib. 1963-cü ildə hazırlanan bu təyyarənin etibarlılıq müddəti artıq 2016-cı il oktyabr ayında bitməli idi. Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib. Tez-tez texniki qulluğa ehtiyacı olan bu təyyarələrin istehsalı dayandırılmışdır və bu cür təyyarələri Asiyanın bir çox ölkələrində, Avropa ölkələrində istehsal və istismarına qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyasından araşdırma üzrə komissiya qəza yerinə getmişdir. Komissiya tərəfindən texniki qulluğun düzgün göstərilməməsi nəticəsində mühərrikin imtina etməsi müəyyən edilmişdir.
Brugmansia waymanii
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Datura waymanii
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Wayback Machine
Wayback Machine — Ümumdünya hörümçək torunun rəqəmsal arxivi. Internet Archive tərəfindən qurulub.
агробиологи́ческий беспоща́дность колгота́ подкорю́чить закупа́ние изда́тельство к несча́стью обуче́ние оголода́вший посто́лы проваля́ть содру́жество чудотво́р alkalization bang out Jacob's ulcer nonreturnable pastorale plunderbund radio- uterine аппретировать всемерный расталкивать ребро