Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
XII Fulminata Legionu
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır. 1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.