Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Curlie
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Villis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Squalus cuvier
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Carrie & Lowell
Carrie & Lowell — ABŞ müğənnisi Sufjan Stevens(en)-in yeddinci studiya albomu. 31 mart 2015-ci ildə Asthmatic Kitty tərəfindən buraxılıb.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.
Hurrilər
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Élie Abel Carrière
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.