Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Persicaria cygnea
Persicaria amphibia (lat. Persicaria amphibia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Chulusium amphibium (L.) Raf.
Cygnus cygnus
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Cyanea
Sianeya (bitki)
Cygnus
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. == Xarici görünüşü == Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. == Növləri == Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) == İstinadlar == == Ədəbiyyat == Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Chone
Asırqalotu (lat. Eupatorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eupatorium album L. Eupatorium altissimum L. Eupatorium amabile Kitam. Eupatorium amambayense Cabrera Eupatorium anomalum Nash Eupatorium areniscophilum Cabrera Eupatorium benguetense C.B.Rob. Eupatorium camiguinense Merr. Kənafvari asırqalotu (Eupatorium cannabinum L.) Eupatorium capillifolium (Lam.) Small ex Porter & Britton Eupatorium chinense L. Eupatorium compositifolium Walter Eupatorium cordigerum Fernald Eupatorium doichangense H.Koyama Eupatorium formosanum Hayata Eupatorium fortunei Turcz. Eupatorium glehnii F.Schmidt ex Trautv. Eupatorium gnaphalioides Cabrera Eupatorium godfreyanum Cronquist Eupatorium guanyuanense S.S.Ying Eupatorium hagelundii Matzenb. Eupatorium heterophyllum DC. Eupatorium hualienense C.H.Ou, S.W.Chung & C.I Peng Eupatorium hyssopifolium L. Yapon asırqalotu (Eupatorium japonicum Thunb.) Eupatorium laciniatum Kitam. Eupatorium lancifolium Small Eupatorium leonardii Ferreras & E.E.Lamont Eupatorium leptophyllum DC. Eupatorium leucolepis Torr.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Cene
Cene (it. Cene) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) şimal-şərqdə yerləşir. Əhalisi 3927 nəfər, əhalinin sıxlığı 491 nəfər/km²-dir. Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 035.
Oygen Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 – 19 iyun 1899, Münxen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Oygen Mayer
Oygen "Geni" Mayer (alm. Eugen Meier‎; 30 aprel 1930 – 26 mart 2002, Bern)― hücumçu mövqeyində oynamış İsveçrə futbolçusu. Ən yüksək İsveçrə liqasında vurduğu 249 qolla o, bütün zamanların ən yaxşı İsveçrə hücumçularından biri sayılır. 14 mövsüm şərəfini qoruduğu "Yanq-Boyz" klubunun tarixində ən çox qol vuran oyuçudur. 1953-1965-ci illərdə çıxış etdiyi İsveçrə milli futbol komandasında 42 oyun keçirmişdir. 1942-ci ildə Oygen Mayer futbolçu karyerasına doğma klubu "Şaffhausen"in gənclər komandasında başladı. Sarı-qaralarla gənc hücumçu 1951-ci ilə qədər oynadı. 1946/47 və 1950/51 mövsümündə 2-ci divizionda oynamaqla təcrübə topladı. 1951-ci ildə 21 yaşında olarkən o, "Yanq Boyz"a qoşulmaq üçün federal şəhərə köçdü. Berndəki ikinci mövsümündə "Geni" Mayer ölkə kubokunu qazandı, 1953-də isə həmin turnirin finalına qədər gəldi.
Stokesia cyanea
Stokesia (lat. Stokesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Stokesia laevis (Hill) Greene Sinonim Cartesia centauroides Cass. Carthamus cyaneus Banks ex Steud. Carthamus laevis Hill Stokesia cyanea L'Hér.
Anemone cyanea
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pulsatilla coronaria (L.) Borkh.
Cyanea (jellyfish)
Sianeya (lat. Cyanea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinə aid heyvan cinsi.
Cyanea (bitki)
Cyanea acuminata
Cyanea acuminata (lat. Cyanea acuminata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin sianeya (bitki) cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Delissea acuminata Gaudich. Lobelia acuminata (Gaudich.) Hook. & Arn. Lobelia delisseana Gaudich. ex D.Dietr.
Cyanea capilata
Cyanea capillata (lat. Cyanea capillata) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinin sianeya (meduza) cinsinə aid heyvan növü.
Cyanea capillata
Cyanea capillata (lat. Cyanea capillata) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinin sianeya (meduza) cinsinə aid heyvan növü.
Cyanea lamarckii
Cyanea lamarckii (lat. Cyanea lamarckii) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinin sianeya (meduza) cinsinə aid heyvan növü.
Manfred Eygen
Manfred Eygen (alm. Manfred Eigen‎; 9 may 1927[…], Boxum, Prussiya[d] – 6 fevral 2019[…], Göttingen, Aşağı Saksoniya) — alman fiziki kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (Ronald Reyford Norriş və Corc Porter ilə birlikdə 1967 il). == Bioqrafiyası == Höttingen Universitetini 1951-ci ildə doktorluq dərəcəsi ilə bitirmişdir. 1964-cü ildən Maks Plank Cəmiyyətinin Fiziki Kimya İnstitutunda direktor işləyib. 1982–1993-cü illərdə Studienstiftungdə prezident, "İnsanlığa xəbərdarlıq" (1992il) imzalanıb. Höttingen Elmlər Akademiyasının üzvü (1964il), Leopoldin Alman Milli Elmlər Akademiyası (1964il), Papa Elmlər Akademiyasının (1981il), Avropa Akademiyasının (1989il), Bavariya Elmlər Akademiyasının müxbir üzvü (1972il), ABŞ-ın xarici üzvü Milli Elmlər Akademiyası (1966)[8], London Kral Cəmiyyəti (1973il), SSRİ Elmlər Akademiyası (1976il; 1991-ci ildən — Rusiya Elmlər Akademiyası), Fransa Elmlər Akademiyası (1978il)[10], Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü (1964). Rur Universitetinin fəxri üzvü (2001il). == Əsas işləri == Əsas işləri kimyəvi reaksiyaların kinetikasının öyrənilməsi üsullarının işlənib hazırlanmasına həsr edilmişdir. O, temperatur, təzyiq, elektrik sahəsi və digər amillərlə sistemin kimyəvi tarazlığının impulslu (tək və ya dövri) yerdəyişməsindən ibarət olan ultrasürətli kimyəvi reaksiyaların tədqiqi üçün relaksasiya üsullarını təklif etmişdir. Bu üsullardan istifadə edərək M. Eyqen (və onun həmkarları), məsələn, sulu məhlulda hidrogen və hidroksil ionlarının turşu-qələvi göstəriciləri ilə reaksiyalarının kinetikasını və karboksilik turşuların birləşməsinin kinetikasını öyrənmişlər.
Cyanea (plant)
Sianeya (lat. Cyanea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Kittelia Rchb. === Heterotipik sinonimləri === Macrochilus C.Presl Rollandia Gaudich.
Cyanea occultans
Cyanea acuminata (lat. Cyanea acuminata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin sianeya (bitki) cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Delissea acuminata Gaudich. Lobelia acuminata (Gaudich.) Hook. & Arn. Lobelia delisseana Gaudich. ex D.Dietr.
Lactuca cyanea
Lactuca saligna (lat. Lactuca saligna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Cyanq Yuyan
Cyanq Yuyan (2 noyabr 2004) — beynəlxalq səviyyəli yarışlarda iştirak edən çinli para-üzgüçü. O, Parisdə keçirilən 2024 Yay Paralimpiya Oyunlarında ümumilikdə 7 qızıl medalın sahibi olaraq ən çox medal qazanmış idmançı olub.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Çeknə
Çeknə — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Sərvilayət bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,363 nəfər və 421 ailədən ibarət idi. Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Çənə
Çənə — ağız ətrafında yerləşən, çeynəmə funksiyasını yerinə yetirən sümükdür. Çənə iki hissədən ibarətdir: alt çənə və üst çənə. Üst çənə (lat. maxilla) kəllə beyinə birləşir. Alt çənə isə çənə qovşağı vasitəsilə kəllə beyinə bağlıdır. Çənə qovşağı insan orqanizmində iki tərəfli hərəkət edən yeganə birləşmədir. Məməlilərdə o, həm aşağı-yuxarı, həm də sağa-sola hərəkət edir. Çənənin bağlanmasını yerinə yetirən əzələlər olduqca möhkəmdir. Bununla yanaşı çənəni açan əzələlər olduqca zəifdirlər. İnsanda və bir çox heyvanlarda çənənin açılmasına Yerin cazibə qüvvəsi kömək edir.
İynə
İynə — bərk metaldan düzəldilmiş bir ucu iti digər ucunda isə sap keçirmək üçün deşik olan nazik uzun alət. Otra əsrlərə kimi mahlıcdan olan parçaları tikmək üçün balıq sümüklərindən istifadə edilirdi. İlk metal iynələr XVI əsrdə yaradılmışdır. İynənin iki növü var - əl iynəsi və maşın iynəsi. Tikiləcək parçanın növündən asılı olaraq iynələrin ölçüləri də müxtəlif olur. Hesab edilir ki, ilk iynə kimi balıq sümüyündən istifadə ediblər. İynə ölçüsü istehsalçının paketində bir və ya bir neçə rəqəmlə işarələnir. İynələrin ölçüləri üçün ümumi konvensiya, məftil ölçmə cihazları kimi, hər hansı bir iynə sinfində ölçü sayı azaldıqca iynənin uzunluğu və qalınlığının artmasıdır. Məsələn, 9 ölçülü iynə 12 ölçülü iynədən daha qalın və uzun olacaq. Bununla belə, iynə ölçüləri standartlaşdırılmamışdır və buna görə də bir sinifin 10 ölçüsü başqa bir növün 12 ölçüsündən daha incə ola bilər (əslində belə olur).
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
Siqne Bro
Siqne Bro (d. 5 mart 1999) — Danimarkalı üzgüçü. Siqne Bro Danimarkanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. Siqne Bro birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:02.23 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Soqne-fyord
Soqne-fiord (norv. Sognefjorden) — fiord, Norveç ərazisində yerləşən və Avropanın uzunluğuna görə birinci, dünyada isə ikinci fiorddur. Uzunluğu-204 km,dərinliyi isə 1308 m-dir . Norveçdə onu "Fiordların kralı" adlandırılır. Soqne-fiord 2,7 milyon il bundan əvvəl formalaşıb. Buzlaşma və erroziya nəticəsində çay sistemi tədricən fiorda çevrilmişdir. Maraqlı bir məqamda var ki,Soqne-fiordun tərkibində 35 yaxın kiçik fiord var. Bunları çox vaxt "fiordun qızları" adlandırlar.