Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəmirçixana
Dəmirçixana — istehsal binası olub adətən ikimərtəbəli yaşayış binasının alt qatında, iri kəndlərdə ayrıca binada, şəhərlərdə isə ticarət cərgələrində yerləşirdi. Onun ön tərəfində geniş qapı və pəncərəsi olur, hazır məhsullar burada etdirilirdi. Dəmirçi məlumatları (kotan ucluğu-gavajın, oraq, balta, bel, kərənti ağızlığı, mərküz, sacayaq, sac və s.) emalatxananın özündə satılır, sifarişlər də burada qəbul edilirdi. Əhalinin dəmirçilik məlumatlarına olan tələbatını qismən də olsa ödəyən belə dəmirçixanalara, demək olar ki, hər bir kənddə təsadüf etmək mümkün idi.
Hoviq Demirciyan
Ovik Dəmirçyan (yun. Χόβιγκ Ντεμιρτζιάν, erm. Հովիկ Դեմիրճյան; 3 yanvar 1989, Nikosiya) — milliyətcə erməni olan Kipr müğənnisi. O Kipri 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Ovik Dəmirçyan 3 yanvar 1989-cu ildə Kiprin paytaxtı Nikosiya şəhərində erməni ailəsində anadan olmuşdur. Marketinq təhsili alan Ovik, təhsilini başa vurduqdan sonra musiqi karyerasını başlatmaq məqsədi ilə piano və gitarada ifa etməyi öyrənmiş və eyni zamanda caz və vokal dərsləri almışdır. == Musiqi karyerası == Ovikin musiqidə ilk uğuru Larnakada keçirilən musiqi yarışmasında ikinci yeri tutmağı olmuşdur. 2009-cu ilin iyun ayında onun "Den mou milas alithina (Istoria exei teleiwsei)" adlı ilk mahnısı təqdim edilmişdir. Daha sonra mahnıya videoklip də çəkilmişdir. Həmin ildə Ovik Yunanıstanın The X Factor musiqi yarışmasında iştirak etmiş və yeddinci yeri qazanmışdır.
Gravity (Hoviq Demirciyan mahnısı)
Gravity (azərb. Qravitasiya‎) — Kiprin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Ovik Dəmirçyan "Gravity" mahnısı ilə Kipri Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır.