dəmirçi
dəmirli
OBASTAN VİKİ
Dəmirçixana
Dəmirçixana — istehsal binası olub adətən ikimərtəbəli yaşayış binasının alt qatında, iri kəndlərdə ayrıca binada, şəhərlərdə isə ticarət cərgələrində yerləşirdi. Onun ön tərəfində geniş qapı və pəncərəsi olur, hazır məhsullar burada etdirilirdi. Dəmirçi məlumatları (kotan ucluğu-gavajın, oraq, balta, bel, kərənti ağızlığı, mərküz, sacayaq, sac və s.) emalatxananın özündə satılır, sifarişlər də burada qəbul edilirdi. Əhalinin dəmirçilik məlumatlarına olan tələbatını qismən də olsa ödəyən belə dəmirçixanalara, demək olar ki, hər bir kənddə təsadüf etmək mümkün idi.

Значение слова в других словарях