Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dənizkənarı Alplar
Dənizkənarı Alplar — Fransanın cənubi-şərqində yerləşən departament, sıra nömrəsi-6, inzibati mərkəzi isə Nitsa şəhəridir. 2010-cu ildə əhalisi 1,094,579 nəfərə çatmışdır. 2010-cu ildə departamentlər arasında əhali siyahısına görə 19-cu sırada yer almışdır. == Coğrafiyası == Departamentin ərazisi 4299 km²-dir. Ərazi vasitəsilə bir çox çay axır: Var, Bandol, Buyonn və Burda. === İnzibati bölgüsü === Departamentin tərkibinə 2 bölgə, 52 kanton və 163 kommuna daxildir. == Tarixi == Artıq qədim dövrlərdə Dənizkənarı Alpları adı daşıyan ərazi Roma vilayəti mövcud olmuşdur. Eyni adlı deparatment isə Fransada 1793-ci ildən 1815-ci ilədək mövcuddur, lakin onun rəsmi sərhədləri yalnız 1947-ci ildə yaranmış, mövcud olan departamentin sərhədləri ilə üst-üstə düşmürdü.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Dənizkənarı Şaranta
Dənizkənarı Şaranta (fr. Charente-Maritime) — Fransanın qərbində Yeni Akvitaniya regionunda yerləşən departament, sıra nömrəsi-17, inzibati mərkəzi isə La Roşel şəhəridir. 2010-cu ildə departamentlər arasındakı əhali siyahısına görə 39-cu sırada yer almışdır. == Coğrafiyası == Departament ərazisi 6864 km²-dir. Ərazi vasitəsilə Şaranta, Qaronna çayı cənubdan departamentin sərhədini təşkil edir. Departamentin qərbində, Oleron adasının yaxınlığında, Stridiya ənənəvi olaraq yetişdirilməkdədir. === İnzibati bölgüsü === Departament 5 rayona, 51 kantona və 472 kommuna bölünmüşdür.
Dənizkənarı Xorvatiya
Xorvatiya knyazlığı (xorv. Kneževina Hrvatska), Dalmatiya Xorvatiyası (xorv. Dalmatinska Hrvatska) və ya Dənizkənarı Xorvatiya (xorv. Primorska Hrvatska) — orta əsrlərdə mövcud olmuş cənubi slavyan knyazlığı. Konstantin Porfirogenetin "İmperiyanın idarə edilməsi haqqında" traktatında xüsusilə qeyd edilmişdir ki, onun ilk hökmdarı VII əsrdə knyaz Porqa olmuşdur. I Trpimir dövründən bəri dövlətin hökmdarı "Xorvatiya knayazı" titulunu daşıyırdı. "Dənizkənarı Xorvatiya" termini tarixşünaslığa XIX əsr tarixçiləri tərəfindən daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Goldstein, Ivo. "Ponovno o Srbima u Hrvatskoj u 9. stoljeću" (PDF).
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. == Tarixi == Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. == Loqosu == Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Dənizkənarı Milli Park
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. == Tarixi == === İlk işlər === Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahiliLakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Eqlön (Dənizkənarı Alplar)
Eqlön (fr. Aiglun) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi