Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağətəyi
Dağətəyi- dağlıq ölkələrin təpəlik və alçaqdağlıq relyeflə səciyyələnən alçaq kənar hisəsi.Dağlıq ölkənin düzənliyə keçid zonasını təşkil edir.Adətən dağları təşkil edən çöküntülərə nisbətən daha cavan çöküntülərdən, yaxud dağların yuyulma materiallarından təşkil olunur.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir. == İqlimi == Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur. == Bitki örtüyü == Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıq və heyvandarlıq inkişaf etmişdir.
Dağbəyi İsmayılov
İsmayılov Dağbəyi Mirzəxan oğlu — tanınmış Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, AzərTAc-ın İdarə Heyətinin sədr müavini. == Həyatı == Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 50 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (AzərTac) buraxılış redaktoru, 2003-cü ildən AzərTAc-da baş redaktoru, 2005-ci ildən AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib. 2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.