Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dartma
Dartma xarici və daxili səthləri kəsmə ilə emal etmək üçün texnoloji əməliyyat növüdür. Bu əməliyyat üçün tətbiq olunan alətlərə isə darma deyilir. Dartma əməliyyatı iskənələmənin xüsusi növüdür. Tipik tətbiq sahəsi çevrəvi deşiyə qeyri bəarbər forma verməkdir. Təpənməz bərkidilmiş pəstahın deşiyinə dartıcı ya itələnir ya da deşikdən xaricə çəkilir. Bu zaman alətin üzərində müxtəlif hündürlüyə malik dişlər addım-addım material qatını çıxararaq deşiyi tədricən lazımi formaya salır. Dartmanın itələnməsi və ya çəkilməsi emal olunan səthin uzunluğundan asılıdır. Böyük uzunluqda olan deşiklərin emalında çəmkəyə üstünlük verilir. Bu zaman alətin əyilmsi və sınmasının qarşısı alınır. Emalda veriş və kəsmə sürəti eyni oxboyunda yerləşir.
Daşıma qabiliyyəti
Daşıma qabiliyyəti nəqliyyat vasitəsinin daşıya biləcəyi maksimum yük tutumunu bildirir. Avtomobillərdə boş çəkinin üstünə tam dolu vəziyyətdə depo ağırlıqları, oturacaq sayı qədər insan (təxminən 70 kq) və maksimum baqaj tutumu əlavə edilərək hesablanır. Xülasə olaraq, bir avtomobilin alt hissəsinin daşıya biləcəyi maksimum çəkidir.
Qazaxıstanda qız qaçırtma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur. Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir. Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi. Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər) ağır cinayət hesab edilmirdi.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar. Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Qız qaçırtma (film, 2017)
Qızqaçırtma — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. "Siz sevin, biz qaçırarıq". Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar. Uzun illərdir şirkətdə işləyən Məlik və Məmməd bir gün çətin sifariş alırlar. Varlı bir ailənin qızını sevən Gündüz, qızın atasından razılıq ala bilmədiyi üçün, tək çarə olaraq sevdiyi Günayı qaçırtmaq üçün, qəhrəmanlarımızın şirkətinə müraciət edir. Günayın çox ciddi qorumalar tərəfindən nəzrarətdə olması bu qaşırtma işini çətinə salır. Bunun üçün, Məlik və Məmməd, Qırğızıstanda bu işlə məşğul olan həmkarları Təzəkişini kömək üçün çağırırlar. Bütün hazırlıqlardan sonra min əziyyətlə qızı qaçırdan qəhrəmanlarımızı bir sürpriz gözləyir. Onların qaçırtdığı qız əslində Günay yox, onun əkiz bacısı Gülaydır. Öz başlarına yeni iş açan qəhrəmanlarımız, indi qızları dəyişməli və onların atasının təqibindən qaçmalıdırlar.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.