Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Dərəcik
Dərəcik (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dərəcik (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
En dairəsi
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Falombe dairəsi
Falombe — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Falombe ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Falombe şəhəridir. Mahal şərqdə Mozambik, cənub-qərbində Mulane mahalı, şimalda Zomba mahalı ilə qonşudur. == Əhali == Falombe mahalında 313,227 nəfər yaşayır.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
Hartford Dairəsi
Hartford Dairəsi — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında yerləşən bölgə. Burada yaşayan əhalinin 2010-cu ilin siyahıya alınmasına əsasən 894,014 nəfərdir və Konnektikut ştatının 2-ci ən sıx insan yaşayan bölgəsidir. 6 iyun 2022-ci ildə ABŞ Siyahıyaalma Bürosu Konnektikutun doqquz hökumət şurasını ştatın səkkiz əyalətinin əvəzinə əyalət ekvivalenti kimi rəsmi olaraq tanıdı. 1960-cı ildə Konnektikut əyalət hökumətləri ləğv edildi və hökumət şuraları bəzi yerli hökumət funksiyalarını öz üzərinə götürdü. Konnektikutun səkkiz tarixi əyaləti yalnız adla mövcud olmağa davam edir və artıq statistik məqsədlər üçün nəzərə alınmır. == Tarix == 1666-cı ildə qurulduğu kimi, Hartford County Windsor, Wethersfield, Hartford, Farmington və Middletown şəhərlərindən ibarət idi. Təsisedici Aktda xatırlanan "Otuz Mil Adası" 1668-ci ildə Haddam şəhəri kimi daxil edildi. 1670-ci ildə Hartford qraflığı Massaçusets sərhədinə qədər genişləndirən Simsberi şəhəri quruldu. 17-ci əsrin sonu - 18-ci əsrin əvvəllərində daha bir neçə şəhər yaradıldı və Hartford qraflığına əlavə edildi: 1686-cı ildə Waterbury (1728-ci ildə Nyu-Haven qraflığına köçürüldü), 1694-cü ildə Windham (1726-cı ildə Windham qraflığına köçürüldü), 1708-ci ildə Hebron (köçürüldü). 1785-ci ildə Tolland qraflığına), 1712-ci ildə Koventri (1726-cı ildə Windham qraflığına köçürüldü) və 1722-ci ildə Liçfild (1751-ci ildə Liçfild dairəsinə köçürüldü).
Kabarda dairəsi
Kabarda mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Mahal tarixi Kabarda vilayətinin bir hissəsini əhatə edirdi. Onun ərazisində mahalının əhalisinin əsas hissəsini düzən ərazilərdə yaşayan kabardalılar və dağətəyi və dağlıq ərazilərdə yaşayan balkarlar təşkil edirdi. Buna baxmayaraq, mahal ərazisində köçürülmə kazak kəndləri də var idi. Mahal 1870-ci ildə ləğv edilərək Georgiyevski rayonuna birləşdirildi. == Coğrafi yerləşməsi == Şimali Qafqazın mərkəzi hissəsində, müasir Kabardiya-Balkar ərazisinin çox hissəsini əhatə edən Terek, Baksan, Çeqem, Çerek, Urux və Malka çaylarının hövzəsində yerləşirdi. Mahala: Böyük Kabarda, Kiçik Kabarda və Balkariya kimi tarixi ərazilər daxil idi. Sərhədləri şimalda Stavropol vilayəti, şərqdə Osetiya mahalı, şimal-şərqdə İnquş mahalı, cənubda Qafqaz silsiləsi boyunca Tiflis quberniyası, qərbdə Kuban bölgəsinə qədər uzanırdı. == Tarixi == 1860-cı ildən Rusiya imperiyası Şimali Qafqazda yeni inzibati ərazi islahatı həyata keçirdi. Nəticədə həmən il imperator II Aleksandrın fərmanı ilə Terek vilayəti yaradıldı.
Karonqa dairəsi
Karonqa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Karonqa ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aid olub ölkənin şimalında yerləşir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Karonqa şəhəridir. Mahal şərqdə Malavi gölü, cənubda Rumfi mahalı, şimalda Tanzaniya, qərbdə Çitipa mahalı ilə qonşudur.
Kasunqu dairəsi
Kasunqu — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Kasunqu ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Kasunqu şəhəridir. Mahal şərqdə Nxotakota mahalı, cənubda Lilonqve mahalı, cənub-qərbdə Mçini mahalı, cənub-şərqdə Dova mahalı və Ntçisi mahalı, şimalda Mzimba mahalı, qərbdə isə Zambiya ilə qonşudur. Mahalın ərazisi daxilində həmçinin eyni adı daşayan vəhşi həyatı mühafizə parkı vardır. == Əhali == Kasunqu mahalında 616,085 nəfər yaşayır.
Kolubar dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Kolubara dairəsi
Kolubara dairəsi (serb. Колубарски управни округ) — Serbiyanın qərb hissəsində yerləşən dairə. == İnzibati bölgüsü == Dairənin ərazisi 6 icmaya bölünüb: Valevo Oseçina Ub Laykovats Mionitsa Liq == Əhalisi == 2011-ci ildə aparılan rəsmi siyahıyaalmaya görə, Kolubara dairəsinin 174,513 sakini var.
Kolumbiya dairəsi
Vaşinqton, Kolumbiya Dairəsi (ing. Washington, D.C.) — Amerika Birləşmiş Ştatlarının paytaxtı və federal dairəsidir. Rəsmi adı Kolumbiya Dairəsi (ing. district of Columbia, qısaldılmış şəkildə D.C., "Di-Si"). Ölkənin şimal-qərbindəki eyniadlı ştatla qarışdırmamaq üçün amerikalılar danışıq dilində şəhəri adətən "Di Si" və yaxud "Vaşinqton Di Si" adlandırırlar == Tarixi == Paytaxt salınması üçün Potomak çayı sahilini ölkənin ilk prezidenti Corc Vaşinqton seçib və şəhərin əsası 1790-cı ildə qoyulub. 1800-cü ildə Vaşinqton rəsmən Birləşmiş Ştatların paytaxtı elan olunub. == Xüsusiyyətləri == Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir.
Koryak dairəsi
Koryak dairəsi (kory. Чав’чываокруг) — Rusiyanın Kamçatka diyarının tərkibinə daxil olan inzibati-ərazi vahidliyi. Şimaldan Çukot muxtar dairəsi və Maqadan vilayəti ilə sərhətdənir. İnzibati mərkəzi — Palana yaşayış məntəqəsidir. == Tarixi == 10 dekabr 1930-cu ildə Koryak muxtar dairəsi təşkil edilmişdir. 22 iyul 1934 ildə MİK Kamçatka vilayəti ərazisinə Çukot muxtar dairəsi və Koryk milli dairəsi daxil edilir. Müstəqil federal qurum olduqdan sonra Koryak muxtar dairəsi Uzaqşərq federal dairəsi və Kamçatka vilayəti ərazisinə daxil edilir. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
Kosovo dairəsi
Kosovo dairəsi (serb. Косовски округ) — Serbiyanın cənubunda, Kosovo və Metohiya muxtar vilayətində yerləşən bölgə (faktiki olaraq qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur). Rayonun mərkəzi Priştina şəhəridir. == İcmaları == == Əhalisi == Dairə ərazisində 672,3 min nəfər yaşayır.
Kürreyn dairəsi
Kürreyn dairəsi (alm. Kurrheinischer Reichskreis‎) 1512-ci ildə yaradılmış Müqəddəs Roma İmperiyasının imperiya dairələrindən biri. Dairə öz adını Orta Reyn boyunca ərazisinin böyük əksəriyyətini təşkil edən yeddi kürfürstdən dördünün adından götürmüşdür.
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Lancaster dairəsi
Lankaster dairəsi — ABŞ-nin Pensilvaniya ştatında yerləşən bir qraflıqdır. Rayon əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 519.445 nəfərdir. Dairənin mərkəzi şəhəri Lankasterdir.
Lankaster dairəsi
Lankaster dairəsi — ABŞ-nin Pensilvaniya ştatında yerləşən bir qraflıqdır. Rayon əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 519.445 nəfərdir. Dairənin mərkəzi şəhəri Lankasterdir.
Likoma dairəsi
Likoma — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. == Coğrafiya == Likoma ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Likoma şəhəridir. Mahal Malavi gölündə bir-birilərindən 10 km aralıqda yerləşən Likoma və Çizumulu adalarından ibarətdir. Sahəsinə görə ölkənin ən kiçik mahalıdır. Malavi gölünün Mozambik hakimiyyəti altında olan hissəsində yerləşən bu adalar Malavinin başqa ölkə sərhədlərində yerləşən ərazisi sayılır. == Əhali == Likoma mahalında 10,445 nəfər yaşayır.
Lilonqve dairəsi
Lilonqve — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Lilonqve ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Lilonqve şəhəridir. Mahal şərqdə Dedza mahalı və Salima mahalı, cənubda Mozambik, şimalda Dova mahalı və Kasunqu mahalı, qərbdə Mçini mahalı və Mozambik ilə qonşudur. == Əhali == Lilonqve mahalında 1,897,167 nəfər yaşayır.
Mahaçqala dairəsi
Mahaçqala dairəsi (rus. Махачкалинский округ) — Dağıstan MSSR tərkibində, 1952–1953-cü illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mahaçqala şəhəri idi.
Manqoçi dairəsi
Manqoçi — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Manqoçi ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Manqoçi şəhəridir. Mahal şimalda Malavi gölü, cənubda Maçinqa mahalı və Balaka mahalı, şərqdə Mozambik, qərbdə Dedza mahalı və Ntçeu mahalı ilə qonşudur. == Əhali == Manqoçi mahalında 803,602 nəfər yaşayır.
Maçinqa dairəsi
Maçinqa — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Maçinqa ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Maçinqa şəhəridir. Mahal şərqdə Mozambik, cənubda Zomba mahalı, şimalda Manqoçi mahalı, qərbdə Balaka mahalı ilə qonşudur. == Əhali == Maçinqa mahalında 488,996 nəfər yaşayır.
Hairenik
Hairenik (erm. Հայրենիք, hərf. vətən) — ABŞ-nin Massaçusets ştatının Votertaun şəhərində Hayrenik Assosiasiyası tərəfindən erməni dilində nəşr olunan həftəlik qəzet. Qəzet Ermənistanın Daşnaksutyun Partiyasına məxsusdur. Daşnaksutyun ilə yanaşı, erməni diaspor təşkilatı – Amerika Erməniləri Milli Komitəsinin fikir və mülahizələrini də əks etdirir. ABŞ-də Levon Turyanın qətlində rolu, həmçinin nasizm, faşizm və antisemitizm kimi ideologiyalara simpatiyası ilə tanınır. == Qalmaqallar == === Levon Turyan === Levon Turyan erməni arxiyepiskopu idi və Daşnaksutyun üzvləri tərəfindən bıçaqlanaraq öldürülmüşdür. Sui-qəsddən əvvəl "Harenik" qəzeti belə təhdid mesajları dərc etmişdir: Hətta "Turyanı başa salacaq" birinə 100 dollar mükafat təklif etmişdir. Daha sonra Turyan polisdən müdafiə istəmişdir. === Nasizmə simpatiya === Qəzet nasizmə, faşizmə, antisemitizmə, Adolf Hitlerə və s. rəğbət bəsləyən sitatlara və fikirlərə görə tənqid olunur.