Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danaqıran
Danaqıran (lat. Merendera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Bəzək əhəmiyyətli, efir yağlı, dərman bitkisidir. Aralıq dənizi sahillərində, Yaxın Şərqdə, Hindistanda bitkinin 10 növü məlumdur. Azərbaycan florasında isə 5 növü bitir.Bunlar Budaqlı, Radde, Üçsütuncuqlu, Ağaran və Eyxler danaqıran növləridir. Ağaran danaqıran növü respublikamızın florası üçün səciyyəvidir.Azərbaycanda ən çox Naxçıvan Muxtar Respublikasında, Quba,Qusar, Ağdam, Şuşa,Laçın, Lənkəran, Lerik rayonlarında, aşağı və yuxarı dağ qurşaqlarında, alp və subalp çəmənliklərində bitir.Umumiyyətlə, bitki dəniz səviyyəsindən 500-3500 metrə qədər yüksəklikdə bitir. Müxtəlif ekoloji şəraitdə, əsasən daşlı-çınqıllı, gilli qayalıqlarda, boz , şabalıdı, qəhvəyi və qumsal torpaqlarda bitir. Danaqıranın soğanaqlarında, gövdəsində vəyarpaqlarında kolxisin alkaloidi müəyyən edilmişdir. Bu alkoloid isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Ağaran danaqıran
Sevak Xanaqyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Sevak Xanağyan

Levon Panos Dabağyan
Levon Panos Dabağyan (11 noyabr 1933, Aksaray[d] – 7 may 2017, İstanbul) — erməni əsilli türk jurnalist, yazıçı. "Önce Vatan" qəzetində köşə yazıları yazır. Milliyətçi Hərəkat Partiyası və Alparslan Türkeş haqqında kitab yazan ilk ermənidir. Türk tarixində ermənilərə qarşı soyqırım olmadığını deyir. 1915-ci il Türkiyənin şərqində ermənilərin üsyan çıxardıqdan sonra ərazidən köçürüldükləri fikrini müdafiə edir. == Həyatı == Levon Panos Dabağyan 1933-cü ilin 11 noyabrında Yenikapıda Kirkor Karacıyan və Siranuş Dabağyan adlı ermənilərin ailəsində anadan olub. Ata tərəfi Vandan Kastamonuna, oradan da İstanbula köçən Karacıyanlılara, ana tərəfi isə Ərzurum-Van bölgəsindən İstanbula köçən Dabagyanlar nəslinə mənsubdu. Dabagyan ailəsi erməni Apostol Kilsəsinə aiddir. 1954-cü ildə hərbi xidmətdə olarkən, dənizçi olmaq üçün daha 36 ay xidmət keçməyə hazır olduğunu bildirmişdir . 1959-cu ildə Eliz adlı xanımla ailə qurdu.