Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirürəkli I Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Şirürəkli Riçardln Kipri işğal etməsi
Kiprin işğalı — İngiltərə kralı Riçardın Üçüncü səlib yürüyüşündə Kipr səfəridir. == Kiprə gediş == Riçard Tankreddən gəmiləri ilə aprelin 10-da yola çıxdı. 2 gün sonra gəmilər fırtınaya düşdü. Bu fırtınada 25 gəmi batdı. Sağ qalan gəmilər isə, aprelin 22-də Rodosa çatdılar. Donanma burada on gün ləngidi. Gəmilər təmir olundu. Mayın 1-də gəmilər təmir olunub Kiçik Asiya sahillərindən şərqə doğru yola salındılar. Bunu eşidən II Filip aprelin 20-də Akraya çatıb və şəhəri mühasirəyə alanlara qoşuldular. Riçardın donanması mayın 6-da Limissoya (Kipr şəhərinə) çatdı.