Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
De facto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
De-fakto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
.de
.de — Almaniyanın internet kodu.
Pa-de-de
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) — Baletin zirvə səhnəsində ənənəvi duet — cütlük rəqsi.
De, Gəlsin!
De, Gəlsin! — 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan meyxana yarışma televerilişi. == İstehsal == 2001-ci ildən televerilişin introsu meyxana, hip-hop və kapoeyra elementlərindən ibarət olub. Verilişin loqosunun dizaynı "Mortal Kombat" video oyunun əjdaha loqosu üzərində əsaslanıb. == Tarixi == Verilişin qalibləri 2001-ci ildə Aydın Xırdalanlı, 2002-ci ildə Aqşin Fateh və Vüqar Coratlı (III mövsümdə), 2004-cü ildə Vüqar Yasamallı, 2006-cı ildə Namiq Məna, 2008-ci ildə Fariz Bərdəli və 2013-cü ildə Pərviz Arif olub. == İştirakçılar == Rəng açarı === Meyxanaçılar === === Ustadlar şurası === == İstinadlar == == Xarici keçidlər == De, Gəlsin!
De-Moyn
De-Moyn(ing. Des Moines) — ABŞ­-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-­Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir. == Tarixi == 1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir. == Şəhər memarlığı == Şəhərin işgüzar mərkəzinin simasını göy dələnlər, o cümlədən “Ruan center”in 36 mərtəbəli binası (1974), 30 mərtəbəli“Mariott” hoteli (1981), “Principal Financial Group” şirkətinin mənzil-qərargahının 44 mərtəbəli binası (1990) müəyyən edir. Şəhərin işgüzar mərkəzinin ofis binalarını birləşdirən yerüstü keçidlərin ümumi uzunluğu 5 km-dən çoxdur.Tamaşa müəssisələri mərkəzinin kompleksinə 4 konsert-idman zalı (1955,1985, 2004 və 2005), kütləvi kitabxananın yeni binası (2006, memar D. Çipperfild) daxildir.Ayova ştatının Kapitoli binası (1871–1896)memarlıq abidələrindəndir. == Təhsil və Mədəniyyət == Şəhər universitetləri:De-Moyn (1898-ci ildə kollec kimi yaradılmış, 1980-ci ildən universitet statusu alıb),Dreyk (1881), Yuxarı Ayova (1857), Uil -yam Pen (1873-ci ildə kollec kimi yaradılmış, 2000 ildən universitet statusu alıb); Qrand-Vyu kolleci (1896). Botanika Mərkəzi (1979),De-Moyn İncəsənət Mərkəzi (1945),De-Moyn fortu muzeyi (2004), Ayova ştatı elmin populyarlaşdırılması mərkəzi kompleksi (IMAX teatrı ilə, 2005;əsası NASA tərəfindən qoyulmuşdur).“KRNT Theatre”, Ayova rəqs teatrı.Hər il Ayova ştatı yarmarkası (1854 il -dən) və İncəsənət festivalı keçirilir.
De-yure
De-yure — Hüquqi və ya diplomatik tanınmadır. Bəyannamə, nota, müqavilə və s. kimi müəyyən diplomatik aktla ifadə edilərək müvafiq dövlətlər arasında qarşılıqlı iqtisadi, siyasi və s. münasibətlərin inkişafında normal və daha yaxşı inkişaf üçün zəruri şərait yaradır. Hüquqi tanınma öz qüvvəsinin yalnız tanınma aktı üçün əsas olan şəraitin ləğv olunması ilə itirir.
De Havilland
De Havilland Aircraft Company Limited, 1920-ci ildə yaradılmış olan Böyük Britaniyanın aviasiya məhsulları istehsalı ilə məşğul olan şirkətidir. Mərkəzi Hatfielddə yerləşirdi. == Modeller == === Təyyarələr === Cüt qanadlı de Havilland Biplane No. 1 de Havilland Biplane No.
De Koksdorp
De Koksdorp — Şimali Hollandiya əyalətində bir şəhərcik. Teksel bələdiyyə qurumunu tabeliyindədir və Den-Helderin şimalında 25 km boyunca uzanır. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 481 nəfər əhali yaşamaqdadır. 0.21 km2 Ərazidə 195 yaşayış məntəqəsi mövcuddur.
De Koog
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Kooq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Koq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Rişelye
Arman-Jan dyu Plessi de Rişelye (fr. Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) — Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri, Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür. == Həyatı və fəaliyyəti == 1585-ci il sentyabrın 9-da Parisdə Puatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi Fransada III Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildə Navarr kollecinə daxil olur və hərbçi təhsili alır. 1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma Papası V Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi. Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi.
De Tomaso
De Tomaso - İtaliya avtomobil istehsalçısı. Alexandro da Tomaso tərəfindən Modenada 1959-cu ildə qurulmuşdur. 2004-cü ildə ləğv edildi, amma buna baxmayaraq 2005-ci ildə yeni avtomobillər hələ də istehsal edilməkdə idi.
De Vaal
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
De Val
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
De Vis
Çarlz Volter De Vis (ing. Charles Walter De Vis; 9 may 1829, Birminhem, Vorvikşir qraflığı – 30 aprel 1915, Brisben) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Çarlz Volter De Vis bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Denisonia devisi == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Bo Beolens, Michael Watkins, Michael Grayson. The eponym dictionary of mammals. — JHU Press, 2009. — С. 108. — 592 с. — ISBN 0801895332.
De Wild.
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E. A. J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E. A. J. de; Durand, T. A. (1898–1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E. A. J. de (1899–1909).
De ki, de ki (mahnı)
Productores de Música de España
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Fon-de-Qom
Fon-de-Qom (fr. Font-de-Gaume) — Fransada ((fr. Les Eyzies-de-Tayac-Sireuil) şəhəri, Dordon departamenti) Son Paleolit ​​dövrünə aid heyvanların divar rəsmləri olan bir mağaradır. == Təsviri == Fon-de-Qom qrottu mağara sənətinin ən yaxşı nümunələrindən biridir. Bizon, vəhşi at, mamont, şimal maralı və digər heyvanların çoxsaylı təsvirləri qara və qırmızı boya ilə çəkilmiş ən qədim xətti rəsmlərdən Madlen dövrünə (e.ə. 15.000 - 11.000) aid ən möhtəşəm polixrom kompozisiyalara qədər müxtəlif üsullarla hazırlanmışdır. 1912-ci ildə Henri Beqan Fransa Pireneylərində Tyuk d'Oduber mağarasının divarlarında bizon təsvirlərini aşkar etdikdən sonra rəsmin qədimliyi və həqiqiliyinə dair şübhələr nəhayət aradan qaldırıldı. Onlar stalaktit təbəqəsi altında idilər, onların yaşı 10.000 ildən çox idi. Onların altında zubr heykəlləri tapılıb. == Açılışı == Fon-de-Qom qrotu 1901-ci ildə Deni Peroyni tərəfindən kəşf edilmişdir.
For-de-Frans
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Karib hövzəsində Martinika idarəsinin paytaxtıdır. O, həmçinin Karib hövzəsindəki əsas şəhərlərindən biridir. İxracatına şəkər, rom, konservləşdirilmiş meyvə və kakao daxildir. == Coğrafiya == Fransada Fort kimi tanınan For-de-Frans, Madame çayının aşağı axarında, böyük For-de-Frans körfəzinin şimal girişində, Martinikanın qərb sahilində yerləşir. Şəhər dağlar və dəniz arasında dar, düzünə ərazidə yerləşir və adanın bütün yerlərindən yol əlçatan edir. == Tarix == Pierre Belain d'Esnambuc qardaşı oğlu Jak Dyel du Parket (1606–1658) 1638-ci ildə Martinikanın ilk qubernatoru olmuşdur. Fort Saint Luis düşmən hücumlarına qarşı şəhəri qorumaq üçün qala inşa etmək qərarına gəlmişdir. XIV qubernator Luis general Baas və Marquis təyin edərək qalanı 1669-cu ildə məhv edərək və yenidən tikmişdir. Onun əmrilə varisləri, Blenac xüsusən də Kount qalanı Vauban dizayn ilə inşa etmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasının bayram edilməsi
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması münasibətilə Hökumətin qərarı ilə keçirilmiş bayram tədbirləri. == Arxa fon == Paris Sülh Konfransının Ali şurası tərəfindən 1920-ci il, yanvarın 11-də Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə yanvarın 14-də Bakıda və ölkənin digər bölgələrində təntənəli bayram mərasimləri keçirilmişdi. == Bayram tədbirləri == Nazirlər Şurasının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər. Hökumət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: Səhər saat 11-də Təzəpir məscidində dualar oxunmalı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13 də Hürriyət meydanında Milli Ordunun rəsmi keçidi olmalı, saat 14-də Xarici İşlər Nazirliyində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşama qədər camaatı pulsuz daşıması və gecə vaxtı paytaxtın çıraqban edilməsi barədə də sərəncam verilmişdi. Proqrama əsasən, başda Nazirlər Şurasının sədri olmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nazirləri, Parlament üzvləri, şəhər üləması Təzəpir məscidində toplandı. Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra təntənəli surətdə elan etdi: Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli: Xarici İşlər Naziri Fətəli xan Xoyski: Məhəmməd Əmin Rəsulzadə: Bakı bayram libası geyinmişdi. Hətta, erməni vandallarının yandırdığı İsmailiyyə belə bayraq və şüarlarla bəzədilmişdi. Hər tərəfdən musiqi sədaları ucalırdı. Milli bayraqlarla bəzədilmiş avtomobillər küçələrdə şütüyür, aktyorlar milli və tarixi geyimlərdə keçmişi canlandırırdılar.
Sen-Dye-de-Voj
Saint-Dié-des-Vosges - Fransada şəhər. Ərazi - 46,15 km² Əhalisi - 22 569.
Dr. Dre
Dr. Dre (əsl adı Andre Romel Yanq; 18 fevral 1965, Kompton, Kaliforniya) — Amerikalı reper, mahnı müəllifi, səs prodüseri, təşəbbüskar, səsyazma icraçısı, aktyor və səs mühəndisi.
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.
Sen-Dye-de-Voj (rayon)
Sen-Dye-de-Voj (fr. Saint-Dié-des-Vosges) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vogezlər. Suprefektura — Sen-Dye-de-Voj. Rayon əhalisi 2006-cı ildə 94 428 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 81 nəf / km². Rayon sahəsi — 1166 km².
Andrea del Sarto
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486, Florensiya – 29 sentyabr 1530, Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar. == Həyatı == Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib.
Con Di Macio
Con Uilyam Di Macio (ing. John William DiMaggio; 4 sentyabr 1968, Nort-Pleynfild[d], Nyu-Cersi) — ABŞ səsləndirmə aktyoru. "Macəra zamanı" cizgi serialındakı Ceyk və "Futurama" serialındakı Bender daxil olmaqla müxtəlif personajların səsləndirilməsi ilə yadda qalıb. == Həyatı == Con Di Macio 4 sentyabr 1968-ci ildə Nyu Cersi ştatının Şimali Pleynfild şəhərində doğulmuşdur. Aktyorluq karyerasına komediya rollları ilə başlamışdır. Ardınca bir çox animasiya filmlərində personajları səsləndirmişdir. Hal-hazırda Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayır.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. == Epidemiya == 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Cacao
Teobrom (lat. Theobroma) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Teobrom:The Plant List saytında takson barədə məlumat.
FATCA
FATCA (ing. Foreign Account Tax Compliance Act — Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır. Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir. FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 aprel 2014-cü il 103 saylı sərəncamı var.
Faciə
Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya. Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1] Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur. == Ədəbiyyat == История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Fanta
Fanta — The Coca-Cola Company tərəfindən istehsal olunan meyvə dadlı sərinləşdirici qazlı içki. Dünyada 200-dən çox müxtəlif dad və çeşiddə mövcuddur. Fanta 1941-ci ildə Nasist Almaniyasında ABŞ ilə ticarət embarqosu zamanı Koka-Kola içkisinin əvəzedicisi olaraq yaradılmışdır. Portağal dadlı Fanta isə 1955-ci ildə İtaliyada hazırlanmışdır. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Fayton
Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir. XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün Azərbaycanda ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işədilmişdir. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolunun vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədəvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir fatonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalıdşırdılar ki, qoşqu üçün xüsusi seçilmişdi.
Kanto
Kanto (region) — Yaponiyanın Honşu adasında region. Kanto düzənliyi — Yaponiyanın ən böyük düzənliyi.
Palto
Palto — Paltar, kostyum və s. üstündən geyilən uzun üst geyimi.
Fabio
Fabio — ad. Fabio Kvalyarella — İtaliyalı peşəkar futbolçu Fabio Kannavaro — İtalyan futbolçusu. Fabio Maqrini — İtaliyalı kişi ağır atlet. Fabio Vieyra – İngiltərə Premyer Liqasında çıxış edən Arsenalın futbolçusu. Fabio Rovazzi — İtaliya aktyoru, EDM müğənnisi, rapper, rejissor, ictimai xadim, televiziya aparıcısı.
Farqo
Farqo (Şimali Dakota)
Sayto
Sayto — ad Kiyoşi Sayto — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Kazuo Sayto — keçmiş Yaponiya futbolçusu. Keyko Sayto — keçmiş Yaponiya qadın futbolçusu. Sayzo Sayto — keçmiş Yaponiya futbolçusu. Toşihide Sayto — keçmiş Yaponiya futbolçusu. Manabu Sayto — keçmiş Yaponiya futbolçusu. Akane Sayto — Yaponiya qadın futbolçusu.