Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deputat
Deputat — Parlament üzvləri. Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-də yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-də konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclis) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasına (Maddə 4) görə, yalnız və yalnız prezidentin və deputatların (xalqın seçdiyi səlahiyyətli nümayəndələrin) xalq adından danışmaq və müraciət etmək hüququ vardır.
Marselen Debuten
Marselen Jilber Debuten (fr. Marcellin Gilbert Desboutin; 26 avqust 1823[…], Seriyi, Alye – 18 fevral 1902[…], Nitsa) — fransız rəssam və qrafikçi. == Həyat və yaradıcılığı == M. Debuten, XVIII Lyudovikin qəyyumluq korpusunun zabiti Bartelemi Debutinin və baronessa Anne-Sofi-Dalii Fraj de Roşfor oğlu idi. Bu vəziyyətlə əlaqədar sənətçi bəzən Baron de Roşfortu kimi əsərlərini imzalayırdı. Stanislav Paris Kollecində sənət təhsili almışdır. Daha sonra ilk növbədə ədəbi və dramatik əsərləri əks etdirən bir qrafik kimi işləmişdir. 1845-ci ildə Debuten heykəltaraş Luis-Julesun studiyasına daxil oldu və Parisin Gözəl Sənətlər Məktəbində təhsil alıb burada rəsm əsərləri yaratmağa davam etdi. Məzuniyyətdən sonra Böyük Britaniya, Belçika, Hollandiya və İtaliyaya səfər etmişdir. 1857-ci ildə sənətçi Florensiya yaxınlığında, Ombrellino əmlakına yerləşdi.
Adil Əliyev (deputat)
Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020). == Həyatı == Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Arif Qasımov (deputat)
Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı. == Həyatı == Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur. 1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir. 1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır. === Ailəsi === Ailəlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == 1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır. 1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.
Aslan Hüseynov (deputat)
Aslan Ağahüseyn oğlu Hüseynov (7 noyabr 1916, Salyan, Cavad qəzası – 19 avqust 1991) — Azərbaycan dövlət, siyasi və təsərrüfat xadimi, Salyan və Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi. (1970–1975), SSRİ Ali Sovetinin VII, VIII və IX çağırış, Azərbaycan SSR Ali Sovetinin VI və X çağırış deputatı. == Həyatı == Aslan Hüseynov 1916-cı ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1931–1947-ci illərdə Salyan Rayon Prokurorluğunun nəzarət komitəsinin katibi, Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin məsul katibi olmuş, Sov. İKP yanında Ali Partiya Məktəbində təhsil almış və Sovet Ordusunda xidmət etmişdir. 1947–1949-cu illərdə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin inspektoru, şöbə müdiri, tikinti-quraşdırma təşkilatlarının siyasi şöbə rəisinin müavini və rəisi olmuşdur. == Siyasi fəaliyyəti == 1957-ci ildə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi təyin olunmuşdur. 1961-ci ildə isə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1970-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi təyin olunmuşdur.
Asəf Hacıyev (deputat)
Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951 və ya 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, AMEA Kibernetika İnstitutunun şöbə müdiri. == Həyatı == Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümümdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur.
Aydın Hüseynov (deputat)
Aydın Hüseynov (10 fevral 1962, Çataq, Tovuz rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış və VI çağırış deputatı. == Həyatı == Aydın Hüseynov 1962-ci il fevralın 12-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Rus dilini bilir. 1985–1988-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, 1988–1991-ci illərdə Azərbaycan LKGİ Qaradağ rayon komitəsində komsomol katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi müdirinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi rəisinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri Qaradağ rayonu Maliyyə şöbəsinin müdiri, 1999-cu ildən Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri Səbail rayonu Maliyyə İdarəsinin rəisi, 2009-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013–2015-ci illərdə 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışmışdır. YAP Qaradağ rayon təşkilatının sədridir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Azər Süleymanov (deputat)
Azər Mirzə oğlu Süleymanov (23 iyul 1967, Marneuli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı. == Həyat və fəaliyyəti == 1967-ci il 23 iyul tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1984-cü ildə rus məltəbini bitirib. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1991–1996-cı illərdə biznes sahəsində çalışıb. Aqro firmanın direktoru olub. Marneulidə Aqropolm adlı ticarət şirkətinin iqtisadiyyatçısı kimi fəaliyyət göstərib. 1996–1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini yerinə yetirib. 1999–2003-cü illərdə majoritar yolla seçilərək millət vəkili olub.
Bəxtiyar Əliyev (deputat)
Bəxtiyar Əliyev (Əliyev Bəxtiyar Həmzə oğlu; 20 mart 1961, Ağdam) — AMEA-nın müxbir üzvü (2007), professor, psixologiya elmləri doktoru, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri. == Həyatı == Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələrdən hüquq praktikasında cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir. Zəruri əhəmiyyət daşıyan "fizioloji affektin" məhkəmə ekspertizasının təşkili və keçirilməsi prinsiplərini, ekspert–psixoloqun rəyini sübutun bir növü kimi qiymətləndirilməsinin elmi-hüquqi əsaslarını müəyyənləşdirmişdir.
Camal Məmmədov (deputat)
Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası – 9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.
Ceyhun Məmmədov (deputat)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Eldar Quliyev (deputat)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri == Həyatı == Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023). == Həyatı == Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991).
Elmira Qasımova (deputat)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Elmira Qasımova ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elnur Allahverdiyev (deputat)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. === Ailəsi === Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elton Məmmədov (deputat)
Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri, == Həyatı == Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib. Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına laiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir. 1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. 23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib === Ailəsi === Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır. == Siyasi-ictimai fəaliyyəti == 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.
Elçin Quliyev (deputat)
Elçin Quliyev (12 sentyabr 1960, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Etibar Əliyev (deputat)
Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Etibar Əliyev 1 mart 1963-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. Rus dilini bilir. == Elmi fəaliyyəti == Etibar Vəliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir. == Siyasi fəaliyyəti == Etibar Əliyev 2010-cu il tarixində keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur. O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd Abıyev və Əziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.Etibar Əliyev 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur.
Fərəc Fərəcov (deputat)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist == Həyatı == Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. === Təhsili === 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. === İctimai-siyasi fəaliyyəti === 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Kamal Abdullayev (deputat)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamal Cəfərov (deputat)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib.Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib.K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür.Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib. 2014–2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi, 2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb. === Parlamentdə === 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Kamal Cəfərov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. Kamal Cəfərov Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Kamal Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.
Kərim Kərimov (deputat)
Kərim Kərimov (tam adı: Kərim Kərimov; 18 fevral 1936, Qaxmuğal, Qax rayonu – 23 sentyabr 2021) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri. == Həyatı == Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının daha sonra Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü olub. Kərim Kərimov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biridi. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.
Musa Məmmədov (deputat)
Musa Salam oğlu Məmmədov (15 iyul 1932, Qutqaşen – 12 mart 2019, Bakı) — Azərbaycan dövlət xadimi və alimi, Azərbaycan Respublikası Baş nazirin müavini (1992), dövlət müşaviri, Azərbaycan Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri (1989–2001), Azərbaycan SSR Ali Sovetinin (X–XII çağırış) deputatı, iqtisad elmləri doktoru, kənd təsərüfatı elmləri namizədi, əməkdar aqronom. == Həyatı == Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələdə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə aspiranturaya daxil olan Musa Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Kənd təsərrüfatı və meşə təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 40 elmi əsərin, bir çox monoqrafiyaların, bir neçə kitabın, ixtiraların müəllifidir. == Fəaliyyəti == Bir müddət Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunmuşdur.1968–1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini, 1970–1979-cu illərdə isə Respublika tədarük nazirinin müavini vəzifələrində işləmişdir. Daha sonra vəzifədə irəli çəkilərək "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə təyin edilmişdir. 1984-cü ilə qədər sədr vəzifəsini icra edən Musa Məmmədov bir il müddətinə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1985–1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989–2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdır. Musa Məmmədov həmçinin SSRİ Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasına üzv seçilmişdir.
Müslüm Məmmədov (deputat)
Müslüm Məmmədov (1980, Ucar) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. == Həyatı == Müslüm Məmmədov 1980-ci ildə Ucarda doğulub. Altı yaşına kimi Qazaxıstanda yaşayıb. 1986-cı ildə yenidən ailəsi ilə Ucara qayıdıblar. Orta məktəbi Ucarda rus dili bölməsini bitirib. BDU-da ali təhsil alıb. 1999-cu ildən BDU-da informasiya mərkəzində tərcüməçi kimi işləmişdir. 2005-ci ildə Fransa hökumətinin təqaüdünü qazanıb Bordo Universitetinə daxil olub. Fransada oxuyarkən tələbə vizası ilə, Belçikada isə işçi vizası ilə yaşayıb fəaliyyət göstərmişdir. Fransada 2005–2006-cı illərdə magistr təhsili almışdır.
Müşfiq Cəfərov (deputat)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.