Etibar Əliyev (deputat)

Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı (2020–2024).

Etibar Əliyev
Etibar Qasım oğlu Əliyev
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 31 saylı Suraxanı
ƏvvəlkiFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1963(1963-03-01) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etibar Əliyev 1 mart 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır.

O, Azərbaycanrus dillərini bilir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Etibar Əliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Etibar Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur.[1] O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd AbıyevƏziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.[2]

Etibar Əliyev 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur.[3] O, seçkilərdə 4925 səs[4] və ya ümumi səslərin 40,7%-ni toplayaraq[5] deputat seçilmişdir. Hal-hazırda Etibar Əliyev Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etməkdən imtina etmişdir.[6]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Etibar Əliyev 2009-cu ilədək Müsavat Partiyasının üzvü olmuş, 2009-cu ildə partiyadan istefa verərək Böyük Quruluş Partiyasına üzv olmuşdur. O, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın müşaviri vəzifəsinə təyin olunmuşdur, lakin 31 may 2012-ci ildə Etibar Əliyev partiya sədri Fazil Mustafanın müşavirlik postundan və partiya üzvlüyündən istefa vermişdir. O, səbəb olaraq demişdir ki, o, "nə təşkilat komitəsinə cəlb olun[ub], nə qurultaya nümayəndə seçil[ib], nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında [ona] məlumat verilib]". Həmçinin, Əliyev əlavə etmişdir ki, "məşğul olduğu təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyi, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməsi də ola bilsin ki, istefa verməyinə müəyyən dərəcədə" səbəb olmuşdur.[7]

  1. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  2. "Arxivlənmiş surət". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  3. "Arxivlənmiş surət". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  4. "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  5. "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  6. "Etibar Əliyev deputatlığa namizəd olmadı - Səbəbini özü AÇIQLADI". musavat.com (az.). Yeni Müsavat. 4 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sen 2024.
  7. "Arxivlənmiş surət". 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]