Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daector
Daector (lat. Daector) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Akustooptik deflektor
Akustooptik deflektor — işıq şüasının fəzada akustooptik difraksiya və ya refraksiya əsasında meyil etməsini idarə edən qurğu. Difraksiyaya əsaslanan akustooptik deflektorda səsin (akustik dalğaların) tezliyini dəyişdirməklə işığın meyiletmə bucağı dəyişdirilir. İşıq şüasını ikikoordinatlı meyilləndirən difraksiya akustooptik deflektorunda iki ədəd cütləşdirilmiş bir ölçülü deflektordan istifadə edilir. Adətən, onlar bir akustooptik özəkdə (işıq-səs keçiricisində) yerləşdirilir və burada akustik dalğalar bir-birinə perpendikulyar istiqamətdə oyadılır. Refraksiya akustooptik deflektorunda işıq şüasının meyilləndirilməsi, onun mühitdən keçərkən yolunun əyilməsi (deformasiyasi) sayəsində yerinə yetirilir. Deformasiya qaçan akustik dalğaların təsirindən baş verir.
Professor Dementor (personaj)
Professor Dementor Demenz (ing. Professor Dementor) – "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dementor məşhur alim və Həkim Drakkenin ən böyük düşmənidir. Dementor, Hench Co.-dan pulla aldığı xüsusi vəzifəliləri və dünyaya zərər vurmaq üçün tapdığı icadları sayəsində dünyanı ələ keçirməyə çalışır. Dementorun 40 yaşı vardır. Onun üzündə həmişə maska olur. Paltarı da bütün seriyalarda qırmızı olur. Dementorun soyadı Demenzdir. Soyadı düşüncə pozğunluğu xəstəliyinə verilən "Demans" adına bənzəyir. Dementor və Drakken bir-birlərinə rəqibdirlər.