Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Defolt
Deifont
Deifont (q.yun. Δηιφόντης) — yunan mifologiyasında personaj. O, Herakl övladlarından, Antimaxın oğlu idi. Deifont Heraklin nəticəsi, Girnefonun əri olmuşdur. O, arqvlərə qarşı uğurla döyüşmüşdür. Deifont onların uşaq və arvadlarını əsir götürmüşdür. Qayınatası Temenin öldürülməsindən sonra ordu Arqosda kral hakimiyyətini ona ötürmək qərarına gəlmişdir. Pavsaniyə görə, Temenin oğlu Keys və qardaşları hakimiyyəti almışdır. Arqivlərin qalan hissəsindən və Epidavrda məskunlaşdılar . Deifontun övladları Antimen, Ksantipp, Argey və Orsobiyadır.
Deport
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Ayn-Defla vilayəti
Ayn-Defla vilayəti — == Ərazisi == Ayn-Defla vilayətinin ərazisi 4 892 Km2-dır. Ayn-Defla vilayətinə 14 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Defla vilayətinin əhalisi 766 014 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Daniel Defo
Daniel Defo (ing. Daniel Defoe; təq. 13 sentyabr 1660[…], 3 aprel 1660 və ya 30 sentyabr 1660, Kriplqeyt[d], London, İngiltərə və ya London – 24 aprel 1731[…] və ya 1731, Murfilds[d], London, İngiltərə) — ingilis yazıçı. == Həyatı == Daniel Defo öz qəhrəmanları kimi çox qalmaqallı və qalmaqallı həyat yolu keçmişdir. Defonun həyatı cəmiyyətdə özünə yer tutmaq istəyən bir adamın həyatıdır. Daniel Defo ət satıcısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə anadan olub. Atasının soyadı sadəcə "Fo" idi. Daniel Defo bəzi səbəblərdən soyadının əvvəlinə "De" artırır və ədəbiyyat tarixində Daniel Defo kimi tanınır. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər. Defo puritan ruhani akademiysına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyl etməyib.
Əyn-Dəfla
Əyn-Dəfla (ərəb. عين الدفلى‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Tell-Atlas massivinin yüksək dağlarında, Şelif çayının cənubunda yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 283 metr yüksəkdir. == Əhalisi == İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Əş-Şəliffdə yerləşir.