Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Detroyt
Detroyt (ing. Detroit) — əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının ən böyük şəhəri, ABŞ-Kanada dövlət sərhədində yerləşən ən böyük şəhər. 2016-cı il hesablamalarına görə əhalisi 672,795 nəfər təşkil edir ki, bu da Detroytu əhalisinin sayına görə ABŞ-nin 23-cü ən böyük şəhəri edir. Metro Detroyt adı ilə tanınan metropolis ərazisində 4.3 milyon nəfər yaşayır. Şəhər Detroyt çayının sahilində yerləşən mühüm limandır. Detroyt Metropolis Aeroportu ABŞ ərazisində yerləşən ən vacib iqtisadi qovşaqlardan biri hesab olunur. Detroyt şəhəri Orta Qərbi ABŞ-də Çikaqo və Minneapolisdən sonra üçüncü, bütövlükdə ABŞ-də isə 14-cü ən böyük iqtisadiyyata sahibdir. Bu şəhər ABŞ-nin ən məşhur avtomobil sənayesi mərkəzi olaraq tanınır. General Motors, Ford və Chrysler kimi avtomobil istehsalçılarının baş qərargahı Detroytda yerləşir. == Tarixi == Detroyt şəhərinin əsası 24 iyul 1701-ci ildə fransız səyahətçi Antuan Lome de Lamot Kadilyak tərəfindən qoyulmuşdur.
Defolt
Detroit Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroyt Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) şüurlu androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus obrazları üçün müsiqi bəstələmişlər.
Emma Frost
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur. Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir. 2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc.
Kreditin defolt svopu
Kreditin defolt svopu (ing. credit default swap, CDS) — kredit riskindən sığortalanmaq üçün alınmış maliyyə svopu (qarşı tərəfin maliyyə öhdəliklərini yerinə yetirməməsi), baxmayaraq ki, alıcı kredit riskini daşıya bilməz və ya dolayı yolla. == Təsviri == Svop alıcısı müəyyən kredit hadisəsi baş verdikdə, svop alıcının kreditini üçüncü tərəfə, Referans Müəssisə ödəməyə razı olan CDS satıcısına birdəfəlik və ya təkrarlanan mükafat ödəyir. Hadisənin baş verməsi əsas borcalan tərəfindən kreditin ödənilməsinin mümkünsüzlüyünü göstərir. Belə bir hadisə məcburi restrukturizasiya, ödənişlərə moratorium, iflas və s. ola bilər. Svopun alıcısı kredit riskindən müdafiə alır. Defolt halında, svopun alıcısı əsas borcalana qarşı tələb hüququnu svop satıcısına keçirir. Belə hüquq borc müqaviləsindən, istiqrazdan, vekseldən və ya digər əməliyyatdan yarana bilər. Bunun müqabilində alıcı borcun nominal məbləğinə bərabər kompensasiya alacaq.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.