Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Veqanlıq
Veqanlıq (veqanizm, ing. veganism) — heyvan məhsullarının istehlakını istisna edən vegetarianlığın ən ciddi formasıdır. Veqan (ing. vegan) — veqanlıq prinsiplərinə əməl edən insan. Veqanlar bütün növ ət, süd , yumurta, bal, eləcə də heyvanlardan istifadə edilən digər maddələr və əlavələri (məsələn, jelatin və ya karmin) istehlak etməkdən imtina edirlər. Bundan əlavə, vegeterianlar heyvan məhsullarından (dəri, yun, ipək və s.). Hazırlanmış geyim və digər ev əşyalarından istifadə etmir, həmçinin heyvanlarda sınaqdan keçmiş məişət kimyəvi maddələrindən və kosmetik vasitələrdən istifadə etməkdən imtina edirlər. Veqanlar heyvanlar, zooparklar, delfinariumlar və heyvanların istifadəsini nəzərdə tutan digər əyləncə ilə sirkləri dəstəkləmir. Bu vegetarianizmdən yalnız qidalanma sahəsinə təsir etməməsi ilə fərqlənir. Yalnız yeməkdə bir vegeterian həyat tərzinə uyan insanlara ciddi vegeterianlar deyilir.
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı (NGC 1952) — Messier cisimlərindən biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Dekalin
Dekalin, dekahidronaftalin, perhidronaftalin, bitsiklo-[4.4.0]-dekan, C10H18 — alitsiklik karbohidrogendi; rəngsiz, güclü iyə malik mayedir.. == Xassələri == Dekalin suda həll olmur, sirkə turşusunda müəyyən dərəcədə həll olur, dietil efirində və xloroformada tam həll olur. == Sis-trans-izomerləşmə == == Alınması == Sənayedə dekalin izomerlərin qarışığı olaraq alınır (adətən 60% cis-dekalin və 40% trans-dekalin) katalitik hidrogenləşmə naftalin : == Tətbiqi == Dekalin bir çox üzvi birləşmələrin və polimerlərin yaxşı həlledici maddəsidir. == Mənbə == Кнунянц И. Л. и др.
Təkanlı
Təkanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təkanlı-i Süfla (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Təkanlı (Germi)
Təkanlı (fars. تكانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 688 nəfər yaşayır (131 ailə).
Aşağı Təkanlı (Çaroymaq)
Aşağı Təkanlı (fars. تكانلوي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 128 nəfər yaşayır (31 ailə).
Yuxarı Təkanlı (Çaroymaq)
Yuxarı Təkanlı (fars. تكانلوي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 169 nəfər yaşayır (31 ailə).
Təkanlı-i Süfla (Həştrud)
Təkanlı-i Süfla (fars. تكانلوسفلي‎) və ya Aşağı Təkanlı — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (32 ailə).