Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erisioni
Erisioni — Gürcüstan Respublikasının akademik mahnı və rəqs ansamblı. Erisioni 1885-ci ildə yaradılıb. Mövcud olduğu müddət ərzində bu ansambl dünyanın bir çox ölkələrində gürcü unikal folklorunu böyük uğurla nümayiş etdirmişdir. O, fövqəladə uğura 1999-cu ildə Amerika və Fransa həmkarları ilə birlikdə nail olub. Ansambl tərəfindən dünya şou proqramları arasına asanlıqla daxil olan yeni şou-proqram yaradılıb. ABŞ-da "Tamara haqqında Əfsanə", Avropada "Gürcü Əfsanəsi", Asiyada "Tufan haqqında Əfsanə", Moskvada "Günəşli Gürcüstan haqqında Nağıl" kimi müxtəlif şoular ansambl tərəfindən nümayiş etdirilib. 2008-ci ildə Kiyevdə "Gürcü Xezinesi" adlı yeni şounun premyerası olub. Hazırda ansambla Gürcüstanın xalq artisti, dövlət mükafatı və Şota Rustaveli adına mükafatın laureatı Camal Çkuaseli rəhbərlik edir. Ansamblın baş xoreoqrafı Gürcüstanın xalq artisti, dövlət mükafatı və Şota Rustaveli adına mükafatın laureatı Revaz Çoxonelidzedir.
Erosion
Eragrostis (lat. Eragrostis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
Erisson (Alye)
Erisson (fr. Hérisson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03127. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 676 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 348 nəfər (15-64 yaş) arasında 246 nəfər iqtisadi cəhətdən, 102 hərəkətsiz (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə bu 68.2%) idi. Fəal 246 nəfərdən 211 nəfəri (111 kişi və 100 qadın), 35 nəfəri işsizdir (15 kişi və 20 qadın). Fəal olmayan 102 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 56 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Piter Devison
Piter Devison (ing. Peter Davison, anadan olanda adı — Piter Moffet ing. Peter M. G. Moffett; 13 aprel 1951, London) — İngilis aktyor. Ən çox 1981 və 1984-cü illər arasında "Doktor Kim" serialında beşinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
IP version 4
IP protokolu (Internet Protokol), kompüterlərin İnternet-i əmələ gətirərkən istifadə etdikləri ünvanlama protokolu olmaqla biryerdə, lokal şəbəkədə (local network, Local Area Network, LAN) İnternetə bağlı olmadan da istifadə edilə bilinər. Hal-hazırda bu protokolun ən çox istifadə edilən versiyası IPv4 – dür, 4 bölümlü olduğu üçün IPv4 deyilir (xxx.xxx.xxx.xxx). Yaxın zamanlarda IPv6 (IP version 6) – nın istifade edilməsi planlanır və bu barədə sınaqlar edilir. IPv6 – ya keçilmək istəmənin səbəbi kompüter və İnternetin istifade edilməyə başlanmasının artması səbəbiylə İnternetdəki hər kompüterə fərqli IP verəməyəcək hala gəlməsidir. Həmçinin IPv4-ün bu duruma gəlməsi mobil əlaqələri də imkansız edir. == Tarix == İnternet Protokolunun 4-cü versiyası (IPv4) IETF nəşri RFC 791-də (sentyabr 1981-ci il) təsvir edilmişdir ki, bu da 1980-ci ilin yanvarında verilmiş əvvəlki tərifi (RFC 760) əvəz edir. 1982-ci ilin mart ayında ABŞ Müdafiə Departamenti bütün hərbi kompüter şəbəkələri üçün standart olaraq İnternet Protokol Paketi (TCP/IP) haqqında qərar qəbul etdi.
IP version 6
IPv6 (IP version 6) – IPng (ing. Internet Protocol Next Generation) — 32 bit-lik bir adresə sahib olan IPv4-ün xüsusilə kompüterlərə IP adresi vermə mövzusunda tələbatı ödəmədiyi üçün IETF (The Internet Engineering Task Force) tərəfindən yaradılmaqda olan bir internet protokolu və ya network layer standartı-dır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
1989 (Taylor's Version)
1989 (Taylor's Version) — amerikalı müğənni Teylor Sviftin yenidən yazdığı dördüncü albom. Bu onun 2014-cü ildə buraxdığı beşinci albomu olan "1989"un yenidən yazılmış versiyasıdır. Albom 27 oktyabr 2023-cü ildə Republic Records tərəfindəm buraxılıb.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Dərinin altında
Dərinin altında (ing. Under the Skin) — Conatan Qleyzerin 2013-cü ildə ekranlara çıxan elmi fantastika filmi. == Süjet == Kimliyi bilinməyən naməlum qadın axşam saatlarında Qlazqo küçələrindəki tənha kişiləri yoldan çıxarır.
Baş dərisinin üzülməsi
Baş dərisinin üzülməsi (ing. Scalp) — ölü və ya sağ insanların baş dərilərinin ön və arxa hissədən kəsici-deşici alətlə üzülməsi. Bu üsuldan daha çox Şimali Amerikanın yerli aborigen xalqı tərəfindən istifadə edilmişdir. Şimali Amerikada toplum tərəfindən qəbul edilmiş düşüncəyə görə Hindilər müharibədə öldürdükləri düşmənlərindən qənimət əldə etmək niyyəti ilə onların baş dərilərini üzərək özləri ilə aparırdılar. Ancaq iddia edilənin əksinə olaraq bu üsulun istifasinə Hindli döyüşçülər arasında nadir hallarda rast gəlinirdi. Bu adət Şimali Amerikada hələ formalaşmamışdan iki əsr əvvəl Avropada mövcud idi. Xüsusilə Fransa və Böyük Britaniyada edam cəzasına məhkum edilmiş şəxslərin edamından əvvəl müxtəlif işgəncələr verilir və yaşanan işgəncə prosesində məhkum edilən şəxsin baş dərisi üzülürdü. Bəzi Meksika və ABŞ (Arizona) ştatlarında keçmişdə düşmən münasibətlərdə olduqları qızıldərili skalpları üçün düşmənləri tərəfindən ödəmələr belə edilmişdir. ABŞ-də Hindulara qarşı sistemli şəkildə həyata keçirilən Hindu qətliamları zamanı hindular tərəfindən ağdərililərin baş dəriləri üzülmüşkən, 1782-ci ildə baş vermiş Gnadenhütten qətliamı zamanı ağdərililər tərəfindən Lenape hinduların baş dəriləri üzülmüşdür. == Tarixi == Baş dərisinin üzülməsinin ilkin nümunələrinə Şimali Amerika və Avropada hələ eramızdan əvvəlki, illərdə rast gəlinmişdir.
Dərinin xoşxassəli törəmələri
Dərinin xoşxassəli törəmələri — qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s nəzərdə tutulur. Bunarın hər birininn özünəməxsus göstəriciləri və müalicə üsulları vardır. == Qocalıq ziyilləri == Qocalıq ziyilləri (lat. Verruca senilis)Başlıca olaraq qocaların gövdə nahiyəsində, üzündə və ətraflarda təsadüf edilir. Bir neçə mm- dən bir neçə sm-ə kimi olur. Ziyillər dairəvi və ya oval, sərhədləri kəskin konsistensiyası bərk olur, səthi isə parıldayır.Rəngi tünd qəhvəyi və ya qara olur. Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır == Qocalıq keratoması == Qocalıq keratoması (lat. Keratosus senilis )-Bu orqanizmin acıq sahələrində müşahidə olunur. Xəstəlik müxtəlif formalarda yastı və quru , qəhvəyi rəngli kəpəklərlə örtülü düyüncüklərlə təzahür edir. Günəş şüalarının təsirindən epiteliomaya çevrilir.Müalicəsi diatermokoaqulyasiya üsulu ilə aparılır.
Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi. == Məzmun == Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. == Film haqqında == Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı. Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib. Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır. Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır. Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Sarı gəlin (Qara Dərvişin mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının aranjemanı Qara Dərvişə aiddir.