Division

die; -, -en math. 1. bölmə, ayırma; 2. mil. diviziya, ləşgər
dividieren
Divisor
OBASTAN VİKİ
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.

Значение слова в других словарях