Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Detkor
DevOps
DevOps ("Development" və "Operations" ingilis sözlərinin qısa forması) proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqamların hazırlanması prosesidir. Həmçinin bu prosesə hazırlanmış proqramların inteqrasiyası, testi, serverdə yerləşdirməsi və gələcəkdə lazım olarsa hər hansı digər bir mühitə daşınması prosesinin avtomatlaşdırılması da daxildir. Bu prosesin və ya mədəniyyətin formalaşdırılmasında əsas məqsəd proqram təminatının daha sürətli və etibarlı şəkildə hazırlanması, lazımi dəyişikliklərin edilməsi və sifarişçiyə çatdırılmasıdır. DevOps sistemlərin inkişaf dövrünü təkmilləşdirmək və qısaltmaq üçün bir vasitə kimi proqram təminatının hazırlanması (Dev) və İT əməliyyatlarının (Ops) işini inteqrasiya edir və avtomatlaşdırır. == Tarixi == Agile 2008-ci il konfransında Andre Şafer və Patrik Debis "Agile Infrastructure" təqdim elədilər. DevOps anlaylşı 2009-cu ildə isə Belçikada keçirilən və bir neçə gün davam edən "devopsdays" (devops günləri) konfrasından sonra məşhurlaşmağa başladı. O vaxtdan bəri dünyanın bir çox ölkələrində bu tipli konfranslar keçirilməkdədir. == Ümumi baxış == Adətən funksional olaraq şöbələrə və ya qruplara ayrılmış təşkilatlarda demək olar ki, İT əməliyyatları arasında inteqrasiya olmur. Lakin DevOps elə bir proseslər və metodlar çoxluğu ortaya qoyur ki, tətbiqi proqramların yardilması, testi və proqramı təhvil alındıqdan sonra olan əməliyyatlar daima bir biri ilə əlaqəli şəkildə inkişaf etsin. == DevOps alətlər zənciri == Devops əməkdaşlıq nəticəsində formalaşan bir prosess olduğundan konkret unikal "DevOps aləti" mövcud deyil.
Detris
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır. Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Deyok
Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur. == Herodotun qeydlərində == Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu.
EToys
eToys – uşaqlar üçün nəzərdə tutulmuş və təhsildə istifadə olunan proqramlaşdırma mühiti. Sərbəst və açıq proqram təminatıdır (FREE AND OPEN-SOURCE SOFTWARE, FOSS). Squeak proqramlaşdırma dilinin bazasında yaradılıb. eToys mühiti proqram-ssenariləri reallaşdırmaq üçün güclü multimedia imkanlarına malikdir və müxtəlif aparat-proqram platformalarında işləyir. eToys proqramlaşdırma mühiti gəlişdiricilərə istifadəçilərin yaratmış olduqları çoxlu növ obyektlər üçün sadə və eyni zamanda güclü ssenarilər gerçəkləşdirməyə imkan verir. Bunlar 2D və 3D qrafika, görüntülər, mətn, təqdimatlar, veb-səhifələr, video, səs və MIDI, real zaman rejimində İş masasının başqa eToys istifadəçiləri ilə birgə istifadə edilməsi olur.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Artur Stoks (velosipedçi)
Artur Stoks (13 noyabr 1875, Koventri, Uest-Midlends[d] – 4 aprel 1949, Koventri, Uest-Midlends[d]) — Böyük Britaniyalı keçmiş peşəkar velosiped yarışçısı. Artur Stoks Böyük Britaniyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Artur Stoks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü — periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Toks Olaqundoye
Olatokunbo Süzen Olasobunmi Abeke (Toks) Olaqundoye (ing. Olatokunbo Susan Olasobunmi Abeke "Toks" Olagundoye; 16 sentyabr 1975, Laqos) — Nigeriya aktrisası, ssenaristi və prodüseri. == Həyatı == Toks Olaqundoye Nigeriyanın Laqos şəhərində anadan olmuşdur. Onun anası norveçli, atası isə nigeriyalı idi. O, Avropada böyümüş, Nigeriya, İsveçrə və İngiltərədə təhsil almış və ABŞ-yə köçdükdən sonra Massaçusets ştatının Northempton şəhərindəki Smit Kollecində İncəsənət üzrə bakalavr dərəcəsi əldə etmişdir.
Dactylis glomerata var. detonsa
Euphorbia maculata var. detonsa
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Barbara Deks Mükafatı
Barbara Deks Mükafatı Avroviziya Mahnı Müsabiqəsində ən pis geyim təqdim edən müğənnilərə fanatlar tərəfindən verilən ənənəvi bir mükafatdır. Mükafat 1993-cü il Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil edən Barbara Deksin adından alınmışdır. Hər il Avroviziya Mahnı Müsabiqəsinin rəsmi fan saytında səsvermə yolu ilə seçilir. 2017-ci ildən bəri, mükafatı Avroviziya Mahnı Müsabiqəsinın digər rəsmi fan saytı olan Songfestival.be-də səsvermə yolu ilə seçilir.
Deto-ryu Ayki-ciucitsu
Dayto-ryu Ayki-ciucitsu (ingiliscə: Daitō-ryū Aiki-jūjutsu, yaponca: 大東流合気柔術?) - Yapon döyüş sənətidir. Aykido və Hapkido döyüş sənətlərinin baniləri bu döyüş sənətini öyrənərək öz sənətlərini yaratmışlar. == Həmçinin bax == Aykido Ciu-citsu == Ədəbiyyat == Aykido Dinamikası.