Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Detroyt
Detroyt (ing. Detroit) — əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının ən böyük şəhəri, ABŞ-Kanada dövlət sərhədində yerləşən ən böyük şəhər. 2016-cı il hesablamalarına görə əhalisi 672,795 nəfər təşkil edir ki, bu da Detroytu əhalisinin sayına görə ABŞ-nin 23-cü ən böyük şəhəri edir. Metro Detroyt adı ilə tanınan metropolis ərazisində 4.3 milyon nəfər yaşayır. Şəhər Detroyt çayının sahilində yerləşən mühüm limandır. Detroyt Metropolis Aeroportu ABŞ ərazisində yerləşən ən vacib iqtisadi qovşaqlardan biri hesab olunur. Detroyt şəhəri Orta Qərbi ABŞ-də Çikaqo və Minneapolisdən sonra üçüncü, bütövlükdə ABŞ-də isə 14-cü ən böyük iqtisadiyyata sahibdir. Bu şəhər ABŞ-nin ən məşhur avtomobil sənayesi mərkəzi olaraq tanınır. General Motors, Ford və Chrysler kimi avtomobil istehsalçılarının baş qərargahı Detroytda yerləşir. == Tarixi == Detroyt şəhərinin əsası 24 iyul 1701-ci ildə fransız səyahətçi Antuan Lome de Lamot Kadilyak tərəfindən qoyulmuşdur.
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Detroit Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroyt Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) şüurlu androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus obrazları üçün müsiqi bəstələmişlər.