Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. == Develop conference == "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. == Develop 100 == "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır. 2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.
Penelope Lea
Penelope Lea— 15 yaşında UNICEF-in ikinci ən gənc xoşməramlı səfiri olan norveçli iqlim dəyişikliyi fəalı. Lea Osloda anadan olub. Anası uşaq yazıçısıdır. Səkkiz yaşında Lea Eco-Agents gənclərin iqlim qrupuna qoşulur və doqquz yaşında Təbiət və Gənclər Milli Düşərgəsində ilk çıxışını edir. 11 yaşında o, Eco-Agents idarə heyətinin üzvü seçilir. On iki yaşında Lea Eco-Agents tərəfindən qurulmuş Uşaq İqlim Qrupuna qoşulan yeddi üzvdən biri olur. 2018-ci ildə, on dörd yaşında ikən Lea Milli Könüllülük Mükafatına ən gənc namizəd olur. O, Qrinpisin Təbiət və Gənclərlə birlikdə Norveç hökumətinə neft müqavilələri ilə bağlı açdığı iddiadan əldə etdiyi 50.000 Norveç kronu mükafatı (2019-cu ildə təxminən 6.000 ABŞ dolları) bağışlayır. 2019-cu ildə Lea UNICEF-in Ümumdünya Uşaqlar günü Sammitində İnnlandet qubernatoru Knut Storberqetin İqlim Məsləhətçisi və Norveç Gənclər səfiri olur. 2019-cu ilin oktyabrında Lea UNICEF-in ilk iqlim səfiri olur və 15 yaşında təşkilatın tarixində UNICEF-in ikinci ən gənc səfiri olaraq tarixə düşür.