Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Robert Cey Lifton
Robert Cey Lifton (ing. Robert Jay Lifton; 16 may 1926, Bruklin, Nyu-York ştatı) — ABŞ psixiatrı və yazıçısı. O, əsasən müharibələrin və siyasi zorakılığın psixoloji səbəbləri və nəticələrinə dair araşdırmaları və düşüncə korreksiyası nəzəriyyəsi ilə tanınır. Lifton psixotarix nəzəriyyəsinin öncüllərindəndir. Müəllif Redaktor 1987: Milli İvrit Kitab Mükafatı. Məqalələr Evil, the Self, and Survival: interview by Harry Kreisler, 1999 Doctors and Torture: Lifton discusses "atrocity-producing situations" in the case of the Abu Ghraib prisoner abuse, 2004 Superpower Syndrome articles. Robert Jay Lifton on superpower syndrome, TomDispatch, 2006. The End of Life: Exploring Death in America "Doctors and Death" Transcript, All Things Considered, Jan. 4 Hiroshima and the World: The Wisdom of Survivors Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine article in the Chugoku Shimbun. Media Talk on Apocalyptic Violence Flight From Death.