Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır. Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.
Robert Cey Lifton
Robert Cey Lifton (ing. Robert Jay Lifton; 16 may 1926, Bruklin, Nyu-York ştatı) — ABŞ psixiatrı və yazıçısı. O, əsasən müharibələrin və siyasi zorakılığın psixoloji səbəbləri və nəticələrinə dair araşdırmaları və düşüncə korreksiyası nəzəriyyəsi ilə tanınır. Lifton psixotarix nəzəriyyəsinin öncüllərindəndir. == Əsərləri == Müəllif Redaktor == Mükafatlar == 1987: Milli İvrit Kitab Mükafatı. == İstinadlar == == Xarici keçidlər == MəqalələrEvil, the Self, and Survival: interview by Harry Kreisler, 1999 Doctors and Torture: Lifton discusses "atrocity-producing situations" in the case of the Abu Ghraib prisoner abuse, 2004 Superpower Syndrome articles. Robert Jay Lifton on superpower syndrome, TomDispatch, 2006. The End of Life: Exploring Death in America "Doctors and Death" Transcript, All Things Considered, Jan. 4 Hiroshima and the World: The Wisdom of Survivors Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine article in the Chugoku Shimbun.MediaTalk on Apocalyptic Violence Flight From Death. Robert Jay Lifton is interviewed in this documentary film.