Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tommy Hilfiger
Tommy Hilfiger – amerikan dizayn və həmçinin brend geyim və ətriyyat firması. Şirkət 1985-ci ildə Nyu-Yorkda Tommi Hilfiger və dostu Fred Gerinq tərəfindən yaradılmış və təsis edilmişdi. Şirkətin illik gəliri 1,5 mlrd € təşkil edir. Firma həmçinin optik və gün eynəkləri və bir sıra dəridən hazırlanmış məhsullar istehsal edir. Şirkət əməkdaşlarının sayı 5000 nəfərdən çoxdur.
Zulfiqar (tank)
Zülfiqar Əli Bhutto
Zülfüqar Əli Bhutto (urdu ذوالفقار علی بھٹو; 5 yanvar 1928[…], Larkan, Sind əyaləti – 4 aprel 1979[…], Ravalpindi, Pəncab) — Pakistanının siyasətçi və dövlət xadimi. Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973). Hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmış və edam olunmuşdur. Zülfüqar Əli Bhutto 1928-ci il yanvar ayının 5-də Britaniya Hindistanının Larkana şəhərində varlı müsəlman ailəsində anadan olmuşdur. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-də və Böyük Britaniyada təhsil almışdır. O, 1947-ci ildə ABŞ-nin Cənubi Kaliforniya ştatında universitetə daxil olmuşdur. Zülfüqar Əli Bhutto 1949-cu ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinə köçürülmış və 1950-ci ildə siyasi elmlər sahəsində dərəcə almaqla həmin universiteti fərlənmə diplomu ilə bitirmişdir. Elə həmin il o, Oksford universitetinin Krayst-Çerç kolleçinə daxil olmuş və həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirərək hüquq magistri ixtisasına yiyələnmişdir. 1953–1955-ci illərdə müəllim və vəkil işləmişdir.