Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diopsid
Diopsid – CaMg [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Piroksenlər qrupuna aid olan mineral bir neçə növ müxtəlifliyi ilə təmsil olunmuşdur: otu çalarlı yaşıl xromdiopsid (5% Cr2O3), yaşıl omfasit (5–11% Al2O3, 6 % -dək Na2O), Fe3+ ilə zənginləşmiş diallaq, lavrovit (2–4% -dək V2O3) və b. == Xassələri == Rəng – müxtəlif intensivlikli yaşıl, az hallarda ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – yaşılımtıl-ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,3–3,4; Sərtlik – 5,5–6; Kövrəkdir; Ayrılma – {110} üzrə aydın; Bölünmə – çox vaxt {100} üzrə diallaqda müşahidə edilir; Sınıqlar – pilləlidən qeyri-hamaradək; Morfologiya – kristallar: prizmatik, nisbətən az iynə- və lövhəvari; İkiləşmə: çox vaxt {100} və {102} üzrə; Mineral aqreqatları: sıx bütöv və dənəvər kütlələr (kokkolit), çubuqvari, radial-şüalı əmələgəlmələr. == Mənşəyi və yayılması == Maqmatik diopsidə müxtəlif tip süxurlarda rast gəlinir. Ultraəsası və əsası püskürmə süxurlarında – piroksenit, dunit, qabbro, diabazlarda, ultraəsası lavalarda, olivinli bazaltlarda, traxibazaltlarda və b., xromdiopsid isə ekloqitlərdə və peridotitlərdə geniş yayılmışdır. Qələvi peqmatitlərdə ətraf süxurların peqmatit ərintisi tərəfindən assimilyasiyası məhsulu kimi qeyd edilir. Kontakt-metasomatik mənşəli diopsid ən çox skarnlarda inkişaf etmişdir, çox vaxt roqoviklərdə də rast gəlir. Metamorfik əmələgəlmələrin tipik mineralıdır – mineralın ən iri yığınları piroksen-roqovik və epidot-amfibolit fatsiyalarında toplanmışdır. Qırıntı materialı kimi çökmə süxurlarda rast gəlir.
Biosid
Biosid — böyük ərazidə bütün canlıları tələf edə bilən maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Diomid
Diomid — keçmiş ada, hazırda isə Yeni Sibir adalarının cənubunda yerləşən dayazlıq. Dmitri Laptev boğazında yerləşən dayazlıqlıq, buzlaqların fəaliyyəti nəticəsində meydana gəlmişdir. Ada ilk dəfə Şimal coğrafi ekspedisiyası zamanı 1739-cu ildə qeydə alınmışdır. Sonuncu dəfə ada 1761-ci ildə görülmümdür. Artıq 1811-ci ildə ada müşahidə edilməmişdir.. Litke buzqıran gəmisi 1934-cü ildə keçmiş adanın yerində 7,3 m dərinliyə malik dayazlıq aşkarlayır. 1966-cı il ölçülərinə görə isə ddərinlik 6,6 metr təşkil edirdi. 2005-ci il ölçülərinə görə isə dərinlik 7,7 metr olmuşdur. Diomid dayazlığı elipsvari fomaya malikdir. Ümumi sahəsi 8,3 km² uzunluğu 6,8 metr, eni isə 2 km təşkil edir.
Diomid adaları
Diomid adaları (ing. Diomede Islands) (həmçinin Qvozdev adası) — Berinq boğazının mərkəzində, təxmini olaraq Çukot Muxtar Dairəsi və Alyaskadan 35 km aralıda yerləşir. == Coğrafiyası == Qərbində Ratmanov adası (Eskimosca İmaklik — «su ilə əhatələnmiş») 29 km² əraziyə malikdir və Rusiyaya məxsusdur. Ada Rusiyanın ucqar şərq nöqtəsidir. Ada dənizçi zabit olan Makar Ratnanovun şərəfinə adlandırılmışdır. Şərqinndə yerləşən (7 km²) Kruzenştern adası (ing. Little Diomede — «Kiçik Diomid», Eskimosca «İnqalık» — «Əks tərəfdə». Amerikaya məxsusdur. Arxipelaqın 4160 metr ərazisindən Rusiya ABŞ sərhədi keçir. Adalar arasında 4 km uzaqlıq olsa da, müəyyən edilmiş vaxt dilimlərinə görə iki ada arasında 21 saat vaxt fərqi var.