Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Difraksiya
Difraksiya — fizikada mexaniki və elektromaqnit dalğalarının qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsidir. Maneələrlə qarşılaşdıqda dalğaların həndəsi yayılma istiqamətindən kənara çıxma (maneəni aşaraq onun arxasına keçməsi) hadisəsi dalğaların difraksiyası adlanır. Difraksiya latınca difractus – sındırılmış mənasındadır. Maneədən keçərək, dalğaların əvvəlki yayılma istiqamətindən meyletmə bucağı difraksiya bucağı adlanır.Difraksiya dalğaların kiçik aralıqlardan (yarıqlardan), maneələrdən və ya kəsik kənarlı yerlərdən keçməsi ilə yaranır. İşığın bu cür maneələrdən keçməsi zamanı əvvəlki yayılma istiqamətindən meyletməsi işığın dalğa təbiətli olmasını ortaya çıxardır. Su, səs, işıq və ya radiodalğalar kimi istənilən dalğa növündə bu hadisə baş verə bilir. Difraksiyaya ən sadə misal bir borunun içinə danışıldığı zaman borunun digər ucundan çıxan səsin bütün istiqamətlərdə yayılmasıdır, baxmayaraq ki, bağ xortumundan çıxan su düz xətt istiqamətində yayılır. Difraksiya sınma ilə qarışdırılmamalıdır; dalğalar fərqlı sıxlığa malik mühitlərdə fərqli sürətlərlə hərəkət edirlər, dalğa yayılma sürəti fərqli olan bir mühitə keçdikdə sınma baş verir. Difraksiyanın yaranması üçün dalğanın keçəcəyi aralığın ölçüsü dalğanın dalğa uzunluğunu tərtibində və ya ondan kiçik olmalıdır. Əksər optik cihazlar işığın difraksiyası hadisəsinə əsaslanır.
Diqressiya
Diqressiya — ekosistemin vəziyyətinin pisləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Disleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..
Ereksiya
Ereksiya və ya sərtləşmə — penisin böyüdüyü və daha da sıxlaşdığı fizioloji bir anlayış. Ereksiya, adətən cinsi ehtiras və ya cinsi cazibə nəticəsində yaranır; Psixoloji, sinir, damar və endokrin amillərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. Qadınlardakı oxşar xəbərdarlıq klitoral ereksiyadır. == Fiziologiyası == Erektil disfunksiya (Ereksiya yəni) parasimpatik sinir sisteminin stimullaşdırılması nəticəsində baş verən penisin corpus cavernosum və Corpus spongiosum hissələrinə qan dolması ilə əlaqədar baş verən fizioloji hadisə kimi də təyin edilə bilər. Fizioloji olaraq, oyanma zamanı arterial damarlar vasitəsilə qan sürətlə penisə vurulur, cinsiyyət orqanının kavernoz kameralarının divarları getdikcə böyüyür və genişlənir və daha çox qan qəbul edərək şişir və həcmini artırır. Beləliklə, penis qanla dolaraq böyüyür və sərtləşir. Ən xaricdəki sərt qabıqlar və pərdələr gərilir, vena damarları bağlanır və cinsiyyət orqanının öz sərtliyini uzun müddət saxlaması təmin edilir. Yəni cinsiyyət orqanını dolduran qan yenidən dövr etmir, bir müddət orada qalır. Penis sərtliyini itirdikcə bu damarlar açılır, qan penisi tərk edir, kavernoz sistemlərinin divarları büzülür və balacalaşır. Penis əvvəlki vəziyyətinə qayıdır.
Diksiya
Diksiya — (Latː dictio – tələffüz etmə) Sözlərin tələffüz tərzi; tələffüz. Diktə etmək. Səlis və aydın diksiya nitq mədəniyyətinin əsas elementi. Tələffüzdə aydınlıq dərəcəsidir (danışıqda, ifadə, bədii qiraətdə). Diksiya aktyor, müğənni, diktor, natiq və lektor üçün çox vacibdir. Diksiya xüsusi məşğələlər vasitəsi ilə təkmilləşdirilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ereksiya halqası
Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa. Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər. == Risklər == Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.
Klitoral ereksiya
Klitoral ereksiya — klitorun böyüdüyü və gücləndiyi fizioloji bir hadisə. Klitoral ereksiya psixoloji, sinir, damar və endokrin amillərin kompleks qarşılıqlı təsirinin nəticəsidir və ümumiyyətlə, məxsusi olaraq olmasa da, cinsi oyanma ilə əlaqələndirilir. == Fiziologiyası == Klitor qadınlardakı penisin homoloqudur. Çöldə görünən hissə bir neçə millimetrdən bir santimetrə qədər dəyişir və xarici dodaqların içərisində gizlənir.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.