Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dissident
Dissident (lat. dissidens — geri çəkilən, fərqli fikirli) — yaşadığı ölkədə siyasi baxışları rəsmi hakimiyyətin fikirlərindən radikal şəkildə fərqlənən insan. Bu fərqlilik bir çox hallarda hakimiyyət tərəfindən təqiblərə məruz qalır. == Ədəbiyyat == Диссидент в толковом словаре Ушакова. Диссидент в словаре по общественным наукам Глоссарий.ру Диссиденты в Энциклопедическом словаре «История Отечества с древнейших времен до наших дней».
Senecio dissidens
Senecio dissidens (lat. Senecio dissidens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Çingiz Abdullayev (dissident)
Çingiz Abdullayev (1929, Laçın rayonu – bilinmir, Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir. 1947–1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır. Özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür. Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılar və institutudan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.