Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Distortşn
Distorşn ing. Distortion — ingilis dilində "dəyişmə", "pozulma", "bükülmə", "təhrif etmə" və "deformasiya" mənalarını verən termin. Adi gitara və elektrogitaraların təbii səslərinin təhrif edilməsi və ya dəyişdirilməsi üçün istifadə edilir. Rok və metal musiqisinin vacib ünsürlərindəndir. Distortionlar pedal şəklindədir. Ayaqla idarə edilə bilən elektron alətlərdir. Gitaralarda daxili və ya xarici olur. Kompüterlərdə distortion üçün bəzi proqramlar istifadə edilə bilər. Çalınan musiqi tərzinə görə bir çox distortion pedalı var. Qısaca olaraq distortion müasir musiqidə ən çox istifadə edilən effekt alətlərindəndir.
Disturbed
Disturbed — 1994-cü ildə ABŞ-də yaranmış heavy metal/nu metal qrupu. 2000-ci ilin oktyabrında "The Sickness" adlı ilk albom işləri satışa çıxarılan Disturbed, «Stupify», «Voices» və «Down with the sickness» işləriylə adını qısa müddətdə eşitdirməyi bacarır. 2002-ci ilin Mart ayında çıxardıqları "Believe" adlı albomları və burada yer alan «Prayer», «Remember» və «Liberate» kimi hitləriylə Disturbed, bir çoxları tərəfindən bəyənilir və getdikcə tanınmağa başlayır. 2005-ci ilin Mart ayında çıxardıqları "Ten Thousand Fists" adlı albomları və burada yer alan «Guarded», «Stricken», «Just Stop» və «Land of Confusion» kimi mahıları ilə Disturbed, dünya səviyyəsində pərəstiş ordusunu genişləndirməyi bacarır. Qrup, Transformerlər filmi üçün «This Moment» adlı mahnı da yazmışdır. Qrup 1994-cü ildə yaranmasına baxmayaraq, heyətin formalaşması 1996-cı ilə qədər davam etmişdir. Qrup formalaşdığı gündən bu yana 5 studiya albomu çıxarmış və bu albomlar bütün dünyada 13 milyondan çox satmışdır. Hansılar ki, son illər ərzində qrupu müvəffəqiyyətə daşıyan ən yaxşı rok albomları kimi qiymətləndirilir. Qrup hazırladığı bir çox film, kompüter oyunu və digər layihələrdə istifadə edilmişdir.