Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.
Andrássy University
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Wesleyan University
Uesleyan Universiteti (ing. Wesleyan University) — ABŞ-nin Connecticut ştatının Middletown şəhərində yerləşən özəl universitet. Əsası 1831-ci ildə qoyulmuşdur.
Yonsei University
Yonsei Universiteti (Koreya: 연세대 학교; Hanca: 延 世 大 學校; [jʌn.seː]) - Cənubi Koreyanın Seul şəhərində yerləşən özəl bir tədqiqat universitetidir.Bu, millətin ən qədim universitetidir və ölkənin ən prestijli universitetlərindən biri hesab olunur. Tələbə birliyi 26.731 nəfər lisenziya tələbəsi, 11.994 nəfər aspirant, 4.518 nəfər fakültə heyəti, 6.788 nəfər işçi və 257.931 nəfər məzundan ibarətdir. Yonsei Universiteti Seulda yerləşən əsas kampusda-təhsil kompleksində fəaliyyət göstərir,bununla yanaşı Koreya və İngilis dilində magistratura, aspirantura və doktorantura proqramları təklif edir. Universitet 1957-ci ilin yanvarında Yonhi Kolleci (Yonhi Kolleci; 延禧 專門 學校) və Severance Union Tibb Kollecinin (Severance Union Medical College) birliyi əsasında qurulub. Bu, 1920-ci illərdə başlayan kolleclər arasında davamlı ikitərəfli əməkdaşlığın nəticəsi idi.Bu cür qurumlar Koreyada ilk növ qurumlar idi. Yonhi Kolleci 1915-ci ilin martında Coson Xristian Kolleci (조선 기독교 대학; 朝鮮 基督教 大學) olaraq qurulan ilk müasir kolleclərdən biri idi.Kökləri Koreyada ilk müasir tibb mərkəzi Gwanghyewon (광혜원 廣 惠 院, Genişləndirilmiş Grace Evi) olan Severance Union Tibb Kolleci isə 1885-ci ilin aprelində qurulmuşdur. Hörmət əlaməti olaraq "Yonsei" adının mənşəyi iki əsas qurumun adlarının ilk hecalarından-Yonhi Kollecinin "Yon; 연; 延" və Severance Union Tibb Kollecinin "Sei; 세; 世" hecalarından götürülmüşdür. == Tarixi == === Başlanğıc (1885–1916) === Yonsei Universiteti Tibb Fakültəsi, 10 aprel 1885-ci ildə, Koreyada Qərb təbabəti tətbiq edən ilk müasir xəstəxananın - Gwanghyewon'un qurulduğu tarixə təsadüf edir. Xəstəxana ABŞ-dakı Presbyterian Kilsəsi tərəfindən Koreyaya təyin edilmiş Amerikalı protestant missioner Hores Nyuton Alen (Horace Newton Allen) tərəfindən qurulmuşdur. Xəstəxana 26 Apreldə Jejungwon (제중원 濟 衆院, Universal Yardım Evi (Universal Helpfulness House)) olaraq dəyişdirildi.
Cambridge University Press
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Central European University
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Columbia University Press
Columbia University Press (ing. Kolumbiya Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
Cornell University Press
Cornell University Press (ing. Kornell Universiteti Nəşriyyatı) — 1869-cu ildə əsası qoyulan (lakin, 1884-1930 illərin arasında fəaliyyət göstərməyən) və beləliklə ABŞ-nin ilk olan universitet nəşriyyatı.
Harvard University Press
Harvard University Press (abbr. HUP, ing. Harvard Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
Oxford University Press
"Oxford University Press" (abbr. OUP, ing. Oksford Universiteti Nəşriyyatı) — ən böyük və "Cambridge University Press"dən sonra ikinci ən qədim universitet nəşriyyatı.
Princeton University Press
Princeton University Press (ing. Prinston Universiteti Nəşriyyatı) — universitet nəşyiyyatı.
University of Debrecen
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. == Kampusu == Universitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.
University of Oxford
Oksford Universiteti (ing. University of Oxford) — Böyük Britaniyanın ən məşhur universitetlərindən biri. Dəqiq quruluş tarixi bilinmir, lakin 1096-cı ildə artıq Oksfordda tədris aparılırdı. == Tarixi == Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. Lakin o məlumdur ki, Oksfordda təhsilə 1096-cı ildə başlanılıb, 1167-ci ildən, II Henrixin tələbələrə Paris universitetində oxumağa qadağa qoymasından sonra təhsilin intensiv inkişaf etdirilməsinə başlanılıb. İlk ictimai kitabxananın əsasını Uelsli Gerald qoydu (1188), Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb. 1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açdı. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başladı. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi.
Corvinus University of Budapest
Budapeşt Korvinus Universiteti (ing. Corvinus University of Budapest, mac. Budapesti Corvinus Egyetem) və ya qısaca Korvinus Universiteti Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir. 14 mindən çox tələbəsi olan universitet, kənd təsərrüfatı elmləri, biznes idarəetməsi, iqtisadiyyat və sosial elmlər sahələrəində təhsil proqramları təklif eir. Bu sahələrdə universitet, Macarıstanda aparıcı yerləri tutur. Korvinus Universitetinin altı fakültəsi var, bakalavr, magistratura və doktorantura pillələri üzrə macar, ingilis, fransız və alman dillərində təhsil verilir. Universitet 1953-1990-cı illərdə Karl Marks adına İqtisad Elmləri Universiteti, 1990-cı ildən Budapeşt İqtisad Elmləri və Dövlət İdarəçiliyi Universiteti adlanmış, 2004-cü ildə "Qarğa" ləqəbi ilə tanınan macar kralı I Matyaşın şərəfinə Korvinus Universiteti adlandırılmışdır ("corvinus" latın dilində "qarğa" sözünün tərcüməsidir). == Tarix == 1893 – Praktiki Bağçılıq Məktəbi (1853-1860), Macarıstanda bağçılıq ixtisası üzrə təhsil verən ilk institut idi. Məktəbin əsasını qoyan və onu idarə edən məşhur bağçılıq alimi və publisisti Dr. Ferenç Ents (Ferenc Entz) olub.
Johns Hopkins University Press
Johns Hopkins University Press (qısaca olaraq JHU Press və ya JHUP kimi də adlandırılır) Con Hopkins Universitetinin nəşriyyat şöbəsi. ABŞ-də 1878-ci ildə yaradılmışdır. Nəşriyyat kitablar, jurnallar nəşri və elektron verilənlər bazası yaradılması üzrə ixtisaslaşıb.
QS World University Rankings
"QS World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
University of Chicago Press
University of Chicago Press (ing. Çikaqo Universiteti Nəşriyyatı) — ABŞ-nin ən qədimlərindən olan və ən böyük universitet nəşriyyatı.
Central European University Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
THE–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır. 2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009) Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər. Nəticədə 2009-cu ildə "Times Higher Education" jurnalı "Quacquarelli Symonds" şirkətindən ayrılaraq "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayır.
The Sims 4: Discover University
The Sims 4: Universitetdə (ing. The Sims 4: Discover University) — The Sims 4 videooyunu üçün səkkizinci oyun paketi. Oyun paketi 15 noyabr 2019-cu ildə buraxıldı. Əlavədə personajların təhsil ala biləcəyi və tələbə cəmiyyəti həyatında iştirak edə biləcəyi şəhərciklərlə əlaqəli iki universitet və akademik bir şəhərcik təqdim olunur. "Universitetdə" oyun paketinin mövzusu Sims seriyasındakı The Sims 2: Universitet və The Sims 3: Tələbə həyatı kimi əvvəlki oyun paketlərinə bənzəyir. Bundan əlavə, bir çox oyunçunun Universitetə sim göndərmək istəyi nəzərə alınaraq yaradıldı. Tərtibatçılar universitetlər haqqında bütün oyun paketlərinin aldığı yüksək tələbat və maraq nəticəsində, eyni zamanda müasir tendensiyalara və son on ildə kampusdakı həyatın necə dəyişdiyinə əsaslanmışdır. Bu oyun paketi ilə oyuna bir şəhərdə 2 universitet təqdim edilir. Oyun rəyçiləri The Sims 4 videooyununa əvvəlki oyun paketlərini əlavə etsələr də, "Fəsillər" və ilk növbədə "Universitetdə" oyun paketlərinin buraxılması oyuna realistik cəhətdən yeni bir pillə gətirmişdir. == Geympley == Paket ilə birlikdə olaraq iki universitet - Britçester Universiteti (ing.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.
Times Higher Education World University Rankings
"Times Higher Education World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Times Higher Education–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır. 2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009) Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər. Nəticədə 2009-cu ildə "Times Higher Education" jurnalı "Quacquarelli Symonds" şirkətindən ayrılaraq "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayır.