Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amblyseius divisus
Amblyseius divisus (lat. Amblyseius divisus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius divisus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Didier Bezace
Didier Bezace (10 fevral 1946, IX arondisman – 11 mart 2020[…], XI arondisman) — fransız aktyor. == Həyat və karyera == Bezace 10 fevral 1946-cı ildə Parisdə anadan olub. Molière'dən uyğunlaşdırılmış Georges Feydeau və Emmanuel Bove'nin ssenarisini canlandırdığı teatr arvadı Avignon İncəsənət və Mədəniyyət Festivalında 2001-ci ilin İyul ayında nümayiş olundu. Teatrdan kənarda Bezace, Le Thibault, Sissi və Mon fil d'ailleurs kimi televiziya filmləri ilə Le Pressentimentdə rol aldı. Karyerası boyunca aktyor Jan-Pier Darroussin və ssenarist, müəllif Emmanuel Bovein əsərlərində iştirak etmişdir. == Ölümü == Fransız aktrisa Didier Bezace 11 mart 2020-ci ildə Parisdə 74 yaşında vəfat etdi.
La-Bati-Divizen
La-Bati-Divizen (fr. La Bâtie-Divisin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38028. Kommunanın 2012-ci il üçün əhalisi 892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 360 ilə 615 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Trillium grandiflorum f. divisum
Trillium grandiflorum (lat. Trillium grandiflorum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium rhomboideum var. grandiflorum Michx.
Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Divlər
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Disər
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Divlər (Rasim Babayev)
Divlər — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1970–2000-ci illərdə yaradılmış əsərlər seriyası. Seriyanın əsas xüsusiyyəti Azərbaycan mifologiyasından olan div personajının alleqorik qüvvə kimi müxtəlif mövzulara həsr edilmiş tabloların qəhrəmanı kimi istifadə edilməsidir. Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosu 1970-ci illərdə ərsəyə gətirilib. Seriyaya "Adəm-Həvva və divlər", "Div və qadın", "Div və kalliqrafiya", "Div yuxusu", "Hirsli div", "Piyalə ilə div", "Oynayan div", "Cəhənnəmdə div", "Qəlyan çəkən div", "Təəccüblənmiş div", "Fikirli div" və sair əsərlər daxildir. == Tarixi və analizi == Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun — nağıl və dastanların, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Onun yaradıcılığında iki qüvvənin — xeyirlə şərin, işıqla zülmətin mübarizəsi təsvir olunub. 70-ci illərdən etibarən xeyir və şər anlamları rəssamın əsas mənəvi meyarına çevrilərək öz bədii təcəssümünü onun yaradıcılığında tapır. Erkən mərhələdə bu obrazlar əksər halda Sovet sisteminin, sovet ideologiyasının kabusları mənasında rəssamın əsərlərinə yol açırlar. Bu dövrü xatırlayan rəssamın deyir: "Mənim divlərim həmin dövrdə Sovet totalitar sisteminin qorxunc və dəhşətli obrazlarını simvolizə edirdi." Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosunda "Xeyir və şər" kontekstindən bəhrələnən və əsərin əsas personajlarını təşkil edən ekstermist obrazları stilizə edilərək, insan qiyafəsindən çıxmış və zombi halına düşərək sıra ilə addımlayan qara və şər qüvvələri təmsil edirlər. Burada ilk dəfə olaraq, rəssam öz etik şkalasından çıxış edərək, şər qüvvəsinin təmsilçilərini insanlıqdan kənar olan nəhəng mutantlar obrazında canlandırır.
Divlər sarayı (film, 1968)
== Məzmun == Elmi-kütləvi filmdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır. Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaqdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Musa Bağırov Ssenari müəllifi: Məmmədəli Hüseynov, Fəraməz Səfiyev Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.