Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayna dolabı
Dayna dolabı (latış. Dainu skapis‎) — dayna adlı Latviya xalq mahnılarının kartotekası olan dolab, onu Latviya folklorşünası Krişyanis Baron toplamışdır. Hündürlüyü 160 sm, eni - 66 sm, dərinliyi - 42 sm. 1880-ci ildə Moskvada Baronun çertyojlarına əsasən düzəldilmişdir. Dolabın hazırlanmasının səbəbi o idi ki, Baron artıq kolleksiyanı papiros kağızı qutusunda saxlaya bilmirdi.Dolab iki hissədən ibarətdir. Hər ikisində 35 qutu var, hansının ki hər birində 20 bölmə var, bölmələr isə hər biri 3 × 11 sm ölçüdə olmaqla 150-200 kağız vərəqdən ibarətdir. Dolabın alt hissəsində arxiv materialları (məktublar, adlar cədvəli) olan üç iri qutu var. Dolabda ümumilikdə 268 815 vərəq saxlanılır ki, onların üstündə 4-8 sətirli daynalar və həmçinin digər mətnlər (tapmacalar, atalar sözü) yazılıb.Krişyanis Baron vəfat etdikdən sonra dolab onun Riqadaki qohumlarının evində saxlanılırdı, 1941-ci ildə onu Latviya folklor əsərlərinin saxlanılan yerə köçürtdülər, 1946-cı ildə Latviya SSR Elmlər Akademiyasının Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna apardılar, 1998-ci ildə Latviya Universitetinin Ədəbiyyat, Folklor və İncəsənət İnstitutuna köçürüldü, 2014-cü ildə Latviya Milli Kitabxanasının yeni binasında yerləşdirildi.Dayna dolabının iki nüsxəsi var: biri Riqadaki Krişyanis Baron muzeyində, digəri isə Rusyanın Belqorod vilayətinin Muxouderovka kəndində. İkincisi keçmiş mülkədar İvan Stankeviçin malikanəsindədir, Baron burada müəllim işləmişdir və Latviya xalq mahnılarını toplamağa başlamışdır.1997-ci ildə kartotekada olan dayna əsərlərinin rəqəmsallaşdırılmasına başlandı, 2002-ci ildən etibarən rəsmi saytında tam olaraq İnternetdə yerləşdirilib. 2001-ci ildə Dayna dolabı dünya əhəmiyyətli mədəniyyət sərvəti kimi tanındı və YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının siyahısına daxil edildi.
İctimai kitab dolabı
İctimai kitab dolabı — ictimai yerlərdə kitabları saxlamaq üçün yer. Məqsədi - istəyən hər kəsə bir və ya bir neçə kitabı pulsuz və ya əvəzinə öz kitabını verib almağa imkan vermək. Belə bir praktika BookCrossing-a oxşayır, amma ictimai kitab dolablardakı kitabların dalınca BookCrossing-də kimi İnternetdə təqdib yoxdur.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dolabda skelet
Dolabda skelet - Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom. Məsələn, evdə gizli saxladığınız cəsəd o qədər müddət çürüməyə məruz qalıb ki artıq dolabı açdıqda onun sadəcə sümükləri ilə qarşılaşırsınız. Dolabda skelet ifadəsi ilk dəfə 1816-cı ildə aylıq olaraq nəşr edilən the eclectic review jurnalında işlədilmişdir.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Dolab (Xudabəndə)
Dolab (fars. دولاب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (19 ailə).
Dolab-i Kəranlı (Xudafərin)
Dolab-i Kəranlı (fars. دولاب كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (40 ailə).
Ninami Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…] – 9 iyul 1855 və ya 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.
Takahaşi Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…] – 9 iyul 1855 və ya 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. == Həyatı == Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur.Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır. O, Nonomura Ninsey və Oqata Kenzan kimi sənətçilərin işlərini, eləcə də, Koreya üslublarını və raku dulusçuluğunu dəqiq və canlı imitasiya etməsinə görə tanınmışdır.Əsas əsərlərinə sakura və ağcaqayın dizaynlarına malik şirli qablardır.
Doğancı Yusif Paşa
Doğancı Yusif Paşa (v. yanvar 1670, Timeşvar əyaləti, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun doğancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1652-ci ildə vəzir rütbəsi alaraq divana daxil olan Yusif Paşa həmin ilin iyulunda Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1666-cı ildə Timeşvar bəylərbəyi təyin edildi. 1670-ci ilin yanvarında burada vəfat etdi.
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. == Həyatı == Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.