Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
50 sentlik ordu
Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiya, ing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir; Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır. Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər.
50 sentlik partiya