50 sentlik ordu

Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiyaing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var.

Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir;[1] Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır.[2][3]

Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər. Ən gərgin mövzular TayvanTibet məsələsi, həmçinin, ölkədəki epidemiyalar, ətraf mühitin çirklənməsi, internetdə senzura və dissidentlərin həbsləridir[4].

Umaodanların ayrı-ayrı fəaliyyətləri 2005-ci ildə, yerli hakimiyyət qurumları xüsusi olaraq internet-şərhçiləri işə götürməyə başlayanda qeydə alınmışdır. 23 yanvar 2007-ci ildə ÇXR-in rəhbəri Xu Szintao öz çıxışında "internetdə ictimai fikirdə üstünlüyə nail olmaq" və "müsbət təbliğatın möhkəmləndirilməsində yeni texnologiyaları aktiv istifadə etmək" məqsədlərini qarşıya qoymuş[2], bundan sonra Çinin bütün regionlarında pullu şərhçilərin işə qəbul edilməsinə başlanmışdır.

Hal-hazırda güman edilir ki, internetdə hakimiyyətin fəaliyyəti barədə istənilən mənfi iddia umaodanlar tərəfindən dərhal cavablandırılır və müəllif lağa qoyularaq onun yazdıqları inkar olunur[5].

  1. China’s internet 'spin doctors' Arxivləşdirilib 2018-08-07 at the Wayback Machine / BBC NEWS | Asia-Pacific, 16 December 2008  (ing.)
  2. 1 2 "Arxivlənmiş surət". 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  3. China joins a turf war | Media | The Guardian Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine, 2008
  4. "How China's '50 Cent Army' Could Wreck Web 2.0 — Datamation.com". 2009-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  5. "Big Brother 2.0 is here — dnaindia.com". 2009-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.