Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Honalama
Honalama incə mexaniki emal üsullarına aid olub geniş material spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və səthinin kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur. Xarici səthlərin honalanması xüsusi və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2–4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticəsində formalaşır. Poladların və çuqunların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışığından (10%—20%li məhlul) istifadə edilir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Qışlaq-i Dovlama (Germi)
Qışlaq-i Dovlama (fars. قشلاق دولاما‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (4 ailə).