Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Draxtik
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. == Tarixi == Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. == Toponimikası == Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. == Məzmun == "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Typhlodromus grastis
Typhlodromus grastis (lat. Typhlodromus grastis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus grastis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Dastin Hoffman
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru. == Həyatı == Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir.
Dastin Tunes
Dastin Tunes (7 mart 1996) — Baham adalarını təmsil edən üzgüçü. Dastin Tunes Baham adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dastin Tunes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.71 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. == Bioqrafiya == Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Dasti Sprinqfild
Dasti Sprinqfild (ing. Dusty Springfield, əsl adı Meri İzobel Ketrin Bernadett O’Brayen; 16 aprel 1939 — 2 mart 1999) — ingilis pop musiqi müğənnisi. 1960-cı illərdə müvəffəqiyyətli bir dövr keçirən Springfield 1980-lərin sonlarında da müvəffəqiyyətli bir "geri dönüş" ilə özündən söz etdirmişdir. == Həyatı == === Fəaliyyəti === İlk sinqlı I Only Want to Be With You həm ABŞ-də, həm də İngiltərədə müvəffəqiyyətli oldu. Bunu bir çox single və albom izlədi. Bunlardan bir neçəsi Stay awhile, I Just Dont Know What to Do With Myself və Losing You. Ardından özü üçün yazılan The Look of Love gəldi və bu mahnı Bond filmində istifadə edildiyi üçün Akademiya Mükafatı namizədi oldu. 1964-cü ildə zamanının ən böyük solo müğənnisi oldu. 1966-cı ildə, ən böyük çıxışını You Dont Have to Say You Love Me (1966) ilə etdi. O il nəşr olunan bütün siyahılarda xüsusilə yer alan bu mahnı, müğənninin karierinin ən üst nöqtəsi idi.
Divaştiç
Divaştiç(soğd. δy-w’šty-c) (VII əsr, Səmərqənd – 722, Tacikistan) — Soqdianalı afşin. == Həyatı == Türkeşlərin qüdrətinin artması soqdiyalılara ərəb zülmünün qəddarlığından qurtarmaq ümidi verirdi. 720–721-ci illərdə Soqdiyada üsyan baş verdi. Ərəblər üsyanı son dərəcə tez yatırtdılar. Lakin üsyan yenidən 724-cü ildə baş qaldırdı, bu dəfə türkeşlər qaçqınlara köməyə gələ bildilər. Ərəblər son dərəcə qətiyyətli hərəkət etdilər. Üsyanın rəhbəri kəndli Divaştiç əsir alındı və çarmıxa çəkildi. Buna baxmayaraq, türkeşlər və sağ qalmış qaçqınlar Soqdiyada ərəb hakimiyyətini məhv etdilər. Yalnız 728-ci ildə təkrar hücum sayəsində Soqdiyada şəhər yenidən ərəblərin əlinə keçdi.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. == Həyatı == Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi == Bioqrafiya == Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. == Millidə == == Şəxsi Həyatı == 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Qoran Draqiç
Qoran Draqiç (6 may 1986[…], Lyüblyana) — Milli Basketbol Assosiasiyası (NBA) klublarından Mayami Hitda forma geyinən sloveniyalı peşəkar basketbolçu. 1.91 metr boya, 86 kiloqram ağırlığa sahib bir guarddır. 2008-ci ildə NBA-yə gəlmədən əvvəl Sloveniyada və İspaniyada basketbol oynamışdır.