Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Registan
Registan — qumlu səhra Əfqanıstanın cənubunda yerləşir. Şimaldan və qərbdən Qilmend çayı, cənubdan Çaqai dağı, şərqdən isə Kvetto-Pişinski alçaq dağlığı ilə əhatələnir. Burada hündürlüyü 60 metr olan barxanlar vardır. Səhranın sahəsi 40 000 km²-dir. Hündürlük şərqdə 1500 metr, şərqdə isə 800 metr təşkil edir. Subtropik kontinental iqlimə malikdir. Havası quru olub, illik yağıntının miqdarı 100 mm-dir. Yağıntı əsasən qış və yaz ayları düşür. Səhradan qoyunçuluq, dəvəçilik və davarçılıqda istifadə edilir. Cənub-qərbindən Əfqanıstan-Pakistan dövlət sərhədi keçir.
Google Assistant
Google Assistant — Google tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir. Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı. 2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər. İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.
Registan meydanı (Səmərqənd)
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir. Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şirdor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir. Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır. Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
Vought-Sikorsky VS-300
Vought-Sikorsky VS-300 (və ya S-46 ) — İqor Sikorskiy tərəfindən hazırlanmış tək mühərrikli Amerika istehsalı bir helikopterdir. Əvvəlcə 75 at güclü (56 kVt) mühərriklə təchiz edilmiş üç bıçaqlı bir rotoru var idi. VS-300-ün ilk uçuşu 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə, ilk “sərbəst” uçuşu 1940-cı il mayın 13-də baş tutdu. VS-300, ABŞ-da yeganə qaldırıcı rotor istifadə edən və antitor üçün tək şaquli təyyarə quyruq rotor konfiqurasiyasından istifadə edən ilk uğurlu helikopterdir. Üzən əlavələr quraşdırıldıqdan sonra ilk praktik amfibiya vertolyotuna çevrildi idi. İqor Sikorskinin praktik helikopter axtarışları Birləşmiş Aviasiya Korporasiyasının (United Aircraft Corporation) Vought-Sikorsky bölməsinin Mühəndislik müdiri olduğu dövrdə Birləşmiş Aviasiya rəhbərlərini fırlanan qanadlı vasitələrin uçuş problemləri ilə əlaqədar illərlə davam etmiş işlərinin və tədqiqatlarının bir irəliləməyə səbəb olacağını söyləyərək onları inandıra bilməsi ilə başladı. İlk eksperimental vasitəsi VS-300, Sikorsky tərəfindən 14 sentyabr 1939-cu ildə yerə bağlanmış kabellərlə sınaqdan keçirildi. Sikorsky, dönər qanad uçuşu konsepsiyasını inkişaf etdirərkən həm əsas rotor, həm də quyruq rotoru sistemlərini gücləndirmək üçün tək mühərrik istifadə edən ilk şirkət idi. VS-300-ün sonrakı uçuşları üçün Sikorsky, torka qarşı kömək etmək üçün quyruq ucuna şaquli qanadlı profil səthini əlavə etdi, lakin nəticəsiz qaldığı sübut edildikdən sonra onu çıxardı. Dairəvi nəzarətin mükəmməlləşdirilməsinin çətin olduğu aşkar edildi və Sikorskinin döngənin kilidlənməsi və quyruq gövdəsinin hər iki tərəfinə iki kiçik şaquli ox formasında qaldırıcı rotor əlavə etməsinə səbəb oldu.
Vought F-8 Crusader
1952-ci ilin sentyabr ayında ABŞ Hərbi Donanması aviadaşıyıcılarda istifadə edilə biləcək, ön şərtlər içərisində təmirin asanlığı, qatlanan qanadlar, aşağı eniş sürəti və kreyser sürəti əsnasında supersonik sürətlərə çata bilən yeni bir təyyarə üçün səkkiz istehsalçı şirkət arasında yarış elan etdi. Bundan öncəki üç cəhddə uğursuz nəticələr (F5U, F6U və F7U ilə) almış Chance Vought firması bu yarışmanı 45 dərəcə arxaya əyilmiş qanadları olan supersonik F8U “Crusader” ilə qazandı. Bu təyyarənin enmə və qalxma zamanı aşağı sürəti təmin edə bilən, hidravlik olaraq 7 dərəcəlik bucaq ilə qaldırıla bilən, uçuş və göyərtədə gövdəyə paralel olan xüsusi və bənzərsiz qanadları var idi. Dörd ədəd 20 mm-lik top ilə təchiz edilmiş F8U bir “silahşör” və pilotları tərəfindən hava üstünlük təyyarəsi olaraq qəbul edilirdi. Eyni zamanda 1800 kq-lıq silah yükü daşıya bilirdi. Bu yük gövdənin iki yanına bərkidilmiş 4 ədəd AIM-9 “Sidewinder” enfraruj AA döyüş raketi, qanad altındakı pilonlarda “Bullpup” AS idarə edilə bilən döyüş raketləri və “Zuni” AS raketlərindən ibarət idi. F8U modelinin çox vacib olan uğurlarından biri Sakit okeandakı bir aviadaşıyıcıdan qalxıb ABŞ-ni başdan-başa keçərək Atlantik okeanına gəlməsidir. Tək motorlu bir təyyarə üçün çox vacib olan bu vəzifə əsnasında 1195 km/saat sürətlə qitələrarası sürət rekordunu da qırmağı bacarmışdır. Bu vəzifə əsnasında təyyarəni birbaşa astronavt və ABŞ senatoru olan USMC pilotu Minbaşı John Glenn idarə etmişdir. Livandakı patrul vəzifəsi, Kuba böhranındakı kəşfiyyat-foto vəzifələri də vacib vəzifələrindən hesab oluna bilər.