Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buratino
Buratino(it. burattino) — Aleksey Tolstoyun "Qızıl açar və ya Buratinonun macəraları" əsərinin personajı. == Məlumat == Buratinonun prototipi Karlo Kollodinin Pinokkio əsəridir. Əsasında Buratinonun macəraları (cizgi filmi, 1959) çəkilmişdir.
Georgi Bqration Baqrationi
Şahzadə Georgi (gürc. უფლისწული გიორგი; d. 27 sentyabr 2011) — şahzadə David Baqrationi və şahzadə Anna Baqrationi Qruzinskinin oğlu. Primogenituraya əsasən, əgər Qruzinski və ya Muxrani sülalələrində başqa ali əsilli və indi yaşayanlardan çox yaşayan Baqrationi şahzadəsi anadan olmazsa, şahzadə Georgi Baqrationi Evinin baş kişi varisi və XII Georginin baş varisi olacaq. == Həyatı == Şahzadə Georgi 2011-ci il sentyabrın 27-də, saat 22:40-da İspaniyanın Madrid şəhərində 3 kiloqram 700 qram çəkisi ilə anadan olub.
IONIS Education Group
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
Times Higher Education
"Times Higher Education" ("THE"), əvvəlki adı: "Times Higher Education Supplement" ("THES") — ali təhsil xəbərləri və digər məsələləri barədə ixtisaslaşmış həftəlik jurnal. Redaksiyası Londonda yerləşir.
Times Higher Education World University Rankings
"Times Higher Education World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Times Higher Education–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır. 2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009) Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər. Nəticədə 2009-cu ildə "Times Higher Education" jurnalı "Quacquarelli Symonds" şirkətindən ayrılaraq "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayır.
Suratın mühasirəsi
Surat şəhərinin mühasirəsi , Surata (ing. Surat, qüc. સુરત — Hindistanın Qucarat ştatında şəhər) sığınan Seydi Əli Rəisin komandanlığı altındakı Osmanlı donanmasını təqib edən Portuqaliya donanmasının şəhərə hücum etməsi ilə meydana gəlmişdir. Türk donanması, Seydi Əli Rəisin komandanlığı ilə 1554-cü il iyulun 2-də Bəsrədən Süveyşə getmək üçün yola düşdü. 9 avqustda Hörmüzdə, 25 avqustda Maskatda Portuqaliya donanmasını devirdi. Ərəbistan dənizinin sahillərində, "fil tufanı" adlı qasırğaya tutulan donanma, 10 gün ərzində Qücərat sahillərinə çatdı. Donanma Daman limanında olarkən Məlik Əsəd, Seydi Əli Rəisə 87 hissədən ibarət Portuqaliya donanmasının onun arxasında olduğunuzu bildirəndə Türk donanması daha etibarlı olan şimaldakı Surata sığındı. Suratda sahilə gələn Seydi Əli Rəis yerli xalqın və rejimin dəstəyi ilə qalanı müdafiə etməyə başladı. Gəmilərdən atılan atəş nəticəsində bir nəticə ala bilməyən Portuqaliya donanması, əsgərləri sahilə çıxararaq şəhəri mühasirəyə aldı. Yerli əhalidən kömək edənlər olduğu kimi düşmənlə birlik olanlarda var idi və mühasirə təxminən iki ay davam etdi.