Haydı (çağırış və əmr mənalı nida). (“Koroğlu” dastanının lüğəti)
Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!
(“Durna teli”)
*
Meydanı məhşərə döndərək, hoydu! (“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Hoydu dəlilərim, hoydu oğullar,
Hardasa Düratım tapılsın gərək!..
Aman çəksin əlimizdən yağılar,
Müxənnət obası çapılsın gərək!..
(“Düratın itməyi”)