Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Distress
Distress — orqanizm üçün adi olmayan neqativ təsir. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Eustress
Eustress (yun. εὖ - "yaxşı" və ing. stress - "gərginlik, təzyiq") — faydalı stress deməkdir — psixoloji, fiziki (məsələn, məşq) və ya biokimyəvi / radioloji (hormesis). Termini endokrinoloq Hans Selye tərəfindən irəli sürülmüşdür. Sağlamlıq üçün faydalı olan və ya insana müvəffəqiyyət hissi və ya digər müsbət hisslər gətirən stresə müsbət koqnitiv cavabdır. Selye stressin müxtəlif növünü və stressin təzahürlərini fərqləndirmək üçün bu termini stressin altqrupu kimi yaratmışdır. Eustressin potensial göstəricilərinə məna, ümid və ya enerji hissi ilə stressora cavab vermək daxil ola bilər. Eustress həm də həyatdan məmnunluq və rifahla müsbət əlaqələndirilir. Eustress, insanın sahib olduğu ilə istədikləri arasındakı boşluq bir qədər genişlənsə də, həddini aşmadığı zaman baş verir. Məqsəd nail olunmaqdan çox da uzaq deyil, lakin hələ də təsəvvür edə biləcəyindən bir az daha çoxdur.
Kəskin respirator distress sindromu
Şok ağciyər (kəskin respirator distress sindromu) — ağciyər alveolyar sisteminə xas olan hüceyrə komponentlərinin (epitelial və endotel hüceyrələri) ciddi şəkildə təsirləndiyi kəskin bir vəziyyətdir. ARDS prosesi ağciyərlərdə geniş yayılmış iltihabın sürətlə başlaması və bütün alveolları təsir edən zədələnmə (diffuz alveolyar zədə — DAD) ilə tənəffüs çatışmazlığının bir növüdür. Əgər törədici aradan qaldırıla bilsə, xəstədə olan səthi tapıntılar qısa müddətdə yox olacaq. Törədici güclü olduğu hallarda tənəffüs dəstəyi tələb edən intensiv hipoksiya (oksigen aclığı) vəziyyəti inkişaf edir. Orta ölüm: 50% (yaşlılarda 90%). Sağ qala bilən xəstələrdə tənəffüs funksiyalarına ciddi təsir göstərən ağciyərlərdə geniş yayılmış toxuma məhvi (xroniki interstisial ağciyər xəstəliyi) baş verə bilər.