Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qədim buzxana
Qədim buzxana — Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Buzxana abidəsi (Ordubad)
Buzxana abidəsi - Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. == Abidə haqqında == Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür.
Daşxana (Soyuqbulaq)
Daşxana (fars. داشخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (55 ailə).
Duzanan (Miyanə)
Duzanan (fars. دوزنان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (67 ailə).
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Suzana Lazoviç
Suzana Lazoviç (28 yanvar 1992, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Suzana Lazoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Zuzana Çaputova
Zuzana Çaputova (slovak. Zuzana Čaputová; 21 iyun 1973, Bratislava, Çexoslovakiya) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir. Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlamışdır. 16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdir. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub. Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub. Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlamışdır.
Lobelia nuzana
Erinus firəngotu (lat. Lobelia erinus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna erinus (L.) Kuntze Rapuntium erinus (L.) Mill.
Quşxana palçıq vulkanı
Quşxana palçıq vulkanı– Abşeron yarımadasının qərbində yerləşir. Abşeron vilayəti eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Axtarma vulkanından 2 km cənubda eyni adlı neft yatağının yaxınlığında yerləşib. Vulkan ellipsvari formada olub, əsası geniş, yamacları aç meyllidir. Onun müasir görünüşü püskürmənin qədimliyini göstərir. Kəşfiyyat qaçımasının məlumatları göstərir ki, 80–100 m qalınlıüında olan brekçiya bilavasitə Məhsuldar qatı örtür. Sahənin geoloji quruluşunda Abşeron və Aücagil çöküntüləri, habelə qırışğın taüında 600 m-dək yuyulmuş Məhsuldar qat iştirak edir. Hazırda Quşxana vulkanı sakitlik vəçiyyətdədir.
Yuxarı Quşxana (Tikantəpə)
Yuxarı Quşxana (fars. قوشخانه عل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Duxan Surəsi
44-cü surə əd-Duxan (Duman) surəsi (Məkkədə nazil olmuşdur, 59 ayədir) Surənin adı 10-cu ayədə çəkilən "duxan", yəni duman sözündən götürülüb.
Kümxana
Kümxana (dəyə) — XIX-XX əsrlərdə Azərbaycanın baramaçılıqla məşğul olan kəndlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikilisi. Kümxana, bir qayda olaraq, "toxmacar" və ya "gərrik" adlanan tut bağının içərisində inşa olunurdu. Kümxananın içərisində 3-4 qatda tərəcə düzəldilir, burada baramaqurdu bəsləyirdilər.
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Düzan (Çaypara)
Düzan (fars. دوزن‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).